Müəllimlər üçün keçirilən müsabiqənin şəhər mərhələsinin seçim turuna başlanılıb

11:56 26-04-2019 | icon 419 | Təhsil
Müəllimlər üçün keçirilən müsabiqənin şəhər mərhələsinin seçim turuna başlanılıb

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin seçim turuna start verilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Versus.Az-a verilən məlumata görə, pedaqoji mühazirələrin rayon mərhələsində paytaxtın 12 inzibati rayonu üzrə 673 pedaqoji mühazirə dinlənilib. Onlardan 65 mühazirə müəllifi şəhər mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Məktəbəhazırlıq təhsili ibtidai təhsil sahəsində uğurların təminatçısıdır”, “Şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması yolları”, "Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır", “İstedadlı şagirdlərlə işin təşkili formaları”dır.

 

Pedaqoji mühazirələrin şəhər mərhələsində mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn ən uğurlu 15 mühazirə müəyyənləşdirilərək ölkə mərhələsinə təqdim olunacaq.

 

Pedaqoji mühazirə iştirakçıları Münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilir.

Qeyd edək ki, pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

 

Pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin