"Əbədi yaşayanlar" kitabındakı 8 kəşfiyyatçı

07:17 01-05-2019 | icon 1327 | Ədəbiyyat
"Əbədi yaşayanlar" kitabındakı 8 kəşfiyyatçı

 

MEHRİBAN SADIQOVA

/Filoloq/

 

 

Vətən boyda torpaq həsrəti, ürək yanğısı olan Jalə xanım Cəfərovanın "Əbədi yaşayanlar" kitabı səkkiz igid azərbaycanlı kəşfiyyatçıya ithaf olunub. Gözlərinin yaşı ürəyinə axa-axa yazıb bu xatirələri Jalə xanım. Hər bir döyüşçünün ailəsi ilə görüşdükdə içi sızlayıb, qəlbi göynəyib bu xanımın...

 

İgidlərin rəşadətini yazıya köçürdükcə içində ağlasa belə, bir qürur hissi yaşayıb. Bir qürur hissi yaşayıb ki, Vətəninin belə övladları var. Bir qürur hissi yaşayıb ki, Azərbaycan xanımının qeyrət və namusunu qoruyan belə ərənlər olub. Bəli, yana-yana, həm də fəxarətlə yazıb düşmənə əsir düşməmək üçün eyni məkanda və eyni anda özlərini qumbara ilə partladaraq həlak olan bu qəhrəmanlar barədə... Dünya tarixinə misli görünməyən bir igidlik nümunəsi bəxş edən oğullar kim bilir, bəlkə də Jalə xanımın yuxularına girib, ona bu kitabı yazmağa dayaq olub. Bəlkə də yuxularında heç kimin bilmədiyi qəhrəmanlıqlarını danışıblar ona. Danışıblar ki, yazıya köçürsün, danışıblar ki, bu yazıları oxuyan gələcək nəsillər də Vətən üçün "uf" demədən belə canlarından keçməyə hazır olsun...

 

Kim bilir, bəlkə, nakam qalmış sevgilərindən söhbət açıblar ona, məhəbbət tarixlərini qələmə alsın deyə. Kim bilir ki... daha nələr, nələr... Bir onu bilirəm ki, bu səkkiz igid, bu səkkiz qəhrəman müxtəlif bölgələrdə və müxtəlif ailələrdə doğulsalar da, Vətən adlı qocaman bir ananın övladları oldular. Bu ovladlar - Elxan Ağayev, Vüqar Yarəhmədov, Dinar Mustafayev, Aqil Əhmədov, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov, Anar Rzayev idi. Bu oğullardan yeddisi - şəhid olduqları vaxtdan 6 ay sonra 2-ci Şəhidlər Xiyabanında torpağa tapşırıldılar. Yenə Vətən - ana onları öz ağuşuna aldı. Bu dəfə əbədi yaşatmaq üçün, bu dəfə qəhrəmanlıq salnaməsi yazmaq üçün...

 

Onlardan yalnız biri çox möcüzəli şəkildə sağ qaldı - Aqil Əhmədov. Öz anasından başqa, daha yeddi ananın oğuluna çevrilən və təssəllini onda tapdıqları Aqil... Bəlkə elə Aqilin sağ qalmasının möcüzəsi bu igidlərin ağlasığmaz qəhrəmanlıqlarını yaşatmaq üçün idi... Bəlkə də dostluğun çox böyük bir güc olduğunu və əbədi yaşayacağını göstərmək üçün idi... Və bu dostluğu, bu əzəməti və bu rəşadəti qələmə almaq üçün yazmışdı Jalə xanım bu kitabı...

 

Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur - deyib aqillərimiz. "Əbədi yaşayanlar" da qanları ilə torpağa qarışıb Vətən yaratdılar...

 

Jalə Cəfərovanı bu qəhrəmanlıq salnaməsini ən kiçik detalları ilə belə qələmə aldığına görə təbrik edir, torpaqlarımız uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi