Unutmadıq

11:18 01-05-2019 | icon 733 | Şəhidlər və şahidlər
Unutmadıq

Natiqin intiqam hissi güclü idi

 

Özünə yer tapa bilmirdi. İntiqam hissi güclü idi Natiqin. Döyüş dostları ilə Murov dağını aşıb Laçın ərazisinə gəldilər. Azğın düşmənlə ölüm-dirim savaşı başlandı. Qorçu, Qarabəyli, Qurdqacı, Bülüldüz, Tığik kəndləri, Sarıbaba yüksəkliyi uğrunda düşmənə qarşı gərgin döyüşlərdə iştirak etdilər.



Lakin... 1992-ci il oktyabrın 19-da Tığik kəndin uğrunda gedən döyüşlərdə 12 döyüşçü dostu ilə mühasirəyə düşür. Ölüm-dirim mübarizəsində quldurların güclü artileriya atəşinə hədəf olurlar. Rota komandiri Sabir Xıdırov ağır yaralanır, döyüşçü Babək Məmmədov bir gözünü itirir. Namiq Abdullayev, Mətləb və Natiq Babayev qəhrəmancasına həlak olurlar. Natiq Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. O, Azərbaycan İnşaat Mühəndisləri İnisitutunun Yol İnşaatı fakültəsinin 3-cü kurs tələbəsi idi. Qoynunda doğulub boya-başa çatdığı Əhmədliyə rahat yol çəkmək, körpü salmaq arzusu ilə yaşayırdı. Sən saydığını say... Gənc ömrü kimi arzularıda yarımçıq qaldı Natiqin. Yeni Günəşli qəsəbəsində məskunlaşan qaçqın Babayevlər ailəsində oldum. Kiçik bir otaqda şəhidin portireti asılıb. Sənədləri, onun haqqında yazılan məqalələr, kitablar, Sevinc adlı bir qızın şəhidin qəbri üstə qoyub getdiyi sevgi məktubu Natiqdən soraq verir. Onun ölməzliyini təsdiqləyir. Videokasetin yaddaşı isə bizi Natiqli günlərə qaytarır. Lakin bir təsəlli var. Natiq və onun döyüşçü dostları torpaqlarımızın azadalığı uğrunda döyüşlərdə şəhid olmuşlar. Bu onların vətəndaşlıq borcu, ucalıq və qeyrət zirvəsi idi.



Babayev Natiq Rafiq oğlu 1973-cü ilin noyabır ayının 22-sində Laçın rayonunun Əhmədli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1979-1989-cu illərdə Laçın şəhər 2 saylı orta məktəbində oxumuş, 1990-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin yol inşaatı fakultəsinə qəbul olmuşdur. 1991-ci ildə könüllü olaraq erməni işğalçı ordusuna qarşı Vətənin müdafiəsinə qalxmışdir. Natiqin döyüş yolu Laçın rayonundan başlayıb, 811 saylı Laçın alayında çoxlu şücaətlər göstərərək, komandirlərin və döyüş yoldaşlarının hörmətini qazanmışdir. 1992-ci il oktyabirin 19-da 12 nəfərlik kəşfiyyat qrupu ilə birlikdə Laçın rayonunun Tığik-1 kəndi ətrafında mühasirəyə düşmüşdür. 8-10 saat gedən ağır döyüşlərə baxmayaraq mühasirəni yarmaq mümkün olmuşdur. 1992-ci il oktyabirin 19-da Babayev Natiq Rafiq oğlu Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 
Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.



Elnur MALİKOĞLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI