Bu gün jurnalistin məhkəməsidir

09:02 03-05-2019 | icon 622 | KİV
Bu gün jurnalistin məhkəməsidir

Şəfəq Ağacan sosial mediadan həmkarlarına səsləndi

 

Xəbər verdiyimiz kimi, jurnalist Şəfəq Ağacan narkotik alveri ilə şübhəli bilinərək həbs edilib.

 

Versus.Az xəbər verir ki, Şəfəq Ağacan məsələ ilə bağlı sosial mediada açıqlama vetib. Jurnalist bunun ona qarşı çirkin oyun olduğunu deyərək, ictimaiyyətdən dəstək istəyib.

 

Ş.Ağacan yazır:

 

“Öncəliklə bütün dostlarım və xalqıma demək istəyirəm ki, axşamınız xeyir. Mənim gecəm də, gündüzüm də xeyir içində deyil! Məni yaxından, ictimaiyyətdən tanıyan hər kəs necə bir qadın və insan olduğumu çox yaxşı bilir. Mənə işçi olaraq gördüyüm və düşünürəm ki, yanıma planlı yerləşdirilən bir işçimin yardımıyla böyük bir böhtan atılıb və şərlənmişəm. Bunu demək istəyirəm ki, bu günə qədər ayağımda, qolumda qüvvət olduqca bacardığım qədər xalqımın problemlərinə qaçmış və həll etməyə çalışmışam, bu gün mən hərəkət edə bilmirəm və xalqımın mənə dəstək olmasını istəyirəm. Hal hazırda üzərimə oynanan möhtəşəm ssenarinin qurbanı olmaq istəmirəm. Xalqım üçün, vətənim üçün mübarizə aparmaq mənim bir Azərbaycan xanımı kimi borcumdur. Mən həmişə "Narkomaniya" bəlasına qarşı olan biri olmuşam, neçə Azərbaycan anası problemi üzərinə, Azərbaycanın qızı olaraq bir çox işlərə imza atmışam.

 

Sabah yəni, 03.05.2019 tarixində saat 10:00 radələrində məhkəməm olacaq, məni tanıyan hər kəsdən istəyim və xahişim məni tək qoymasınlar, tanımayanlar isə fəaliyyətimlə maraqlansınlar və qərarlarını versinlər.

 

Hər şeydən öncə mən bir Azərbaycan anasıyam. Uzun müddətdir xəstəlikdən əziyyət çəkirəm və səhhətim yerində deyil.

Bir daha səslənirəm, mənə atılan bu iyrənc böhtana qarşı sabah saat 10:00-da Xətai Məhkəməsində hər kəsin mənə dəstək olmasını gözləyəcəm. Gələ bilənlərə və gəlmə imkanı olmayan dəstəyi, ürəyi mənimlə olan hər kəsə indidən minnətdarlığımı bildirirəm!

Hörmətlə, Şəfəq Ağacan”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin