"BP" "Mərkəzi Azəri" platformasında işləri bərpa edib

11:17 03-05-2019 | icon 472 | İqtisadiyyat
"BP" "Mərkəzi Azəri" platformasında işləri bərpa edib

"Azəri-Çıraq-Günəşli" yataqları blokunun operatoru "BP" şirkəti "Mərkəzi Azəri" platformasında işləri bərpa edib.

 

Bunu Versus.Az-a şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

T.Bayatlı bildirib:

"Əvvəldən də planlaşdırıldığı kimi, proqram üzrə bütün işlər yekunlaşdıqdan sonra platformada fəaliyyəti aprelin 30-da bərpa etmişik".

 

Xatırladaq ki, aprelin 15-də "Mərkəzi Azəri" platformasında hasilat profilaktik işlər üçün planlaşdırılmış şəkildə 15 gün müddətinə dayandırılıb.

Buna səbəb planlaşdırılmış profilaktik, inspeksiya və layihə işləri effektiv şəkildə aparılması olub. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini uzun müddət davam etdirməsi üçündür.

 

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2018-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2019-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir.

 

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol