Üçtərəfli əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

19:33 03-05-2019 | icon 518 | Sağlamlıq
Üçtərəfli əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Azərbaycan və Türkiyə səhiyyə müəssisələri arasında teletibb əlaqələrinin qurulması layihəsi ən qısa zamanda həyata keçiriləcək.

 

Üçtərəfli əməkdaşlığa dair imzalanan anlaşma memorandumuna əsasən aparılan müştərək elmi-tədqiqat işləri tibb sahəsində yeniliklərin tətbiqinə və elmi nailiyyətlərin əldə olunmasına öz töhfələrini verəcək.

 

Mayın 3-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, “Florence Nightingale” Xəstəxanalar Qrupu və Türkiyənin Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, “Florence Nightingale” Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi imzalayıblar.

 

Tədbirdə Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalın rəisi Elman Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər. Əməkdaşlıq çərçivəsində Demiroğlu Bilim Universiteti ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzi arasında tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktiki konfransların, simpoziumların, ixtisasartırma kurslarının, o cümlədən digər tibbi tədbirlərin təşkili nəzərdə tutulur. Eyni zamanda, qurumların mütəxəssisləri arasında fəaliyyət sahələri üzrə teletibb əlaqələrinin qurulması layihəsi də ən qısa zamanda həyata keçiriləcək.

 

Hər iki ölkənin aparıcı tibb müəssisələrindən olan - Mərkəzi Gömrük Hospitalı və “Florence Nightingale” Xəstəxanalar Qrupu arasında qurulan əməkdaşlıq bundan sonra əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə rəvac verəcək, bu istiqamətdə intensiv iş aparılacaq. Mərkəzi Gömrük Hospitalının və “Florence Nightingale” Qrupunun aparıcı mütəxəssislərinin iştirakı ilə keçiriləcək birgə elmi-praktiki tədbirlər, müştərək elmi-tədqiqat işləri, tibbi araşdırmalar, qarşılıqlı əməkdaşlıq nəticəsində ölkəmizdə tibdə yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə və bu sahənin inkişafına öz töhfəsini verəcək.

 

Qonaqlar Mərkəzi Gömrük Hospitalında yaradılan şəraitlə yaxından tanış olaraq qaraciyər və böyrək transplantasiyası, yeni doğulmuş xəstə uşaqlarda aparılan ürək əməliyyatları haqqında ətraflı məlumat alıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür