Varikoz damar genişlənməsini idman hərəkətləri ilə necə müalicə etməli?

21:31 05-05-2019 | icon 1338 | Sağlamlıq
Varikoz damar genişlənməsini idman hərəkətləri ilə necə müalicə etməli?

“Nərminə Abbasova: “İdman hərəkətləri zamanı orqanizmi yormaq olmaz”

 

Mayomed Medical Fizioterapiya Mərkəzinin baş həkimi Nərminə Abbasova varikoz damar genişlənməsinin idman hərəkətləri ilə profilaktik müalicəsindən danışıb.

 

Həkim bildirib ki, varikoz damar genişlənməsinin qarşısının alınması və aradan qaldırılması üçün nəzərdə tutulan kompleks şəkilli idman hərəkətləri tanınmış mütəxəssislər tərəfindən hazırlanıb:

 

 

“Bu hərəkətlərin həyata keçirilməsi aşağı ətraflarda damar çatışmazlığının və daha ağır fəsadların qarşısını alır. Bütün müalicəvi prosedurlar Mayomed Medical Fizioterapiya Mərkəzində fərdi və qrup şəklində aparılır.

İdman hərəkətləri zamanı orqanizmi yormaq olmaz. Yorularkən dincəlməyə üstünlük vermək lazımdır.

Hər hərəkət 4-8 dəfə təkrarlamaqdan ibarətdir. Bu hərəkətlərin sayı 28 formada müxtəlif idman növündən asılıdır”.

 

Nərminə həkim qeyd edib ki, bütün prosedurlar Mayomed Medical Fizioterapiya Mərkəzində müalicəvi idman və reabilitasiya zalında aparılır:

 

“İdman müalicəsinə başlamazdan əvvəl 1-2 dəqiqə bədəni boş tutaraq durmaq əsasən hamilə xanımlar üçün profilaktik olaraq çox əhəmiyyətlidir. Prosedurlar 10-15 dəqiqə müddətində aparılır. Puls 100-120 zərbə olmalıdır. Bu göstəricidən yuxarı olmaz və tənəffüs bir az tezləşmiş şəkildə olur.

Fasiləsiz həyata keçən idmanın müddəti 5 dəqiqədən artıq olmamalıdır. Sonra 5 dəqiqə fasilə”.

 

Həkimin sözlərinə görə, varikoz damar genişlənməsində aparılan idman mualicəsi gün ərzində minimum 2 dəfə həyata keçirilməlidir:

 

“Hətta varikoz damar genişlənməsi olan insanlar elastik binti cıxarmadan idman hərəkətlərini edə bilərlər. Bir şeyi unutmaq olmaz ki, mualicəvi idman zamanı boyun və çiyin əzələlərini də möhkəmləndirmək lazımdır. Qeyd edim ki, prosedurlar sakit və yumşaq şəkildə aparılmalıdır”.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ