Ümummilli lider Heydər Əliyev -96 il

16:09 06-05-2019 | icon 881 | Gündəm
Ümummilli lider Heydər Əliyev -96 il

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən idman siyasəti, bu sahədə qazanılan nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur.

Versus.Az xəbər verir ki, Yelkənli İdman Federasiyasından verilən məlumata görə, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan idmançılarımız da bu etimadı layiqincə doğruldurlar.

Elə bir mötəbər yarış yoxdur ki, orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar qazanmasınlar. Bu həm də müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarının vətənpərvərliyini göstərir. Sevindirici və qürurverici haldır ki, beynəlxalq yarışlarda uğur qazanan, Azərbaycanı layiqincə təmsil edən idmançılar sırasında yelkənçilər də var.

Azərbaycanda idmanın inkişafında danılmaz rolu olan, gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün hər zaman səylərini səfərbər edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF/SFA) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO)-nin birgə təşkilatçılığı ilə 9 – 11 may tarixlərində Bakı buxtasında Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) keçiriləcək.

Regattanın ilk mərhələsi 9 may 2019-cu ildə saat 11:00-da Dənizkənarı Milli Parkda (Yaxt klub ərazisində) baş tutacaq. Həmin gün yelkənçilərin yarışına start veriləcək. Ümumilikdə 30 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə mübarizə aparacaqlar.

Yarışa mayın 11 – i yekun vurulacaq. Final günündə yarışın qaliblərinin mükafatlandırılması ilə yanaşı, Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da təşkil olunacaq.

 

Dənizkənarı Milli Parka bayram əhval ruhiyyəsi gətirəcək Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) əylənmək, yarışı izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanış olmaq üçün əsl fürsət olacaq.

Hər birinizi Baku Sailing Regatta-2019-da gözləyirik. Giriş sərbəstdir.

Xatirladaq ki, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta) ikinci ildir ki, təşkil olunur. Ötən il keçirilən Regatta həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olmuşdu.

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər