"Hakimiyyətlə, müxalifət bütün resurslarını bu seçkilərə cəlb edəcək"

05:32 07-05-2019 | icon 601 | Geopolitika
"Hakimiyyətlə, müxalifət bütün resurslarını bu seçkilərə cəlb edəcək"

Əlabbas Məhərrəmli: "Kənar amillərin təsiri olmasa, İmamoğlu yenə qalib gələcək"

 

Türkiyənin Ali Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətinə baxıb. Türkiyə Yüksək Seçki Qurumunun verdiyi qərara əsasən, iyunun 23-də İstanbul bələdiyyəsinə seçkilər yenidən keçiriləcək.

 

Məsələyə münasibətini bildirən siyasi ekspert Əlabbas Məhərrəmlinin fikrincə, qərar həqiqətən də şok effekti yaradıb:

 

"Belə bir qərarın veriləcəyi ehtimal olunsa da, o qədər də gözlənilmirdi. Qisa olaraq onu deyə bilərəm ki, 23 iyun seçkilərini də Əkrəm İmamoglu qazanarsa, bu, AKP hakimiyyətinə ciddi zərbə olacaq 23 İyun seckiləri gərginliyinə görə 31 mart seçkilərini geridə qoyacaq".

 

Ekspert vurğulayıb ki, həm hakimiyyət, həm müxalifət bütün resurslarını bu seçkilərə cəlb edəcək:

 

"Ciddi müşahidə nəzarəti təşkil olunacaq. Məncə, kənar amillərin təsiri olmasa, İmamoğlu yenə qalib gələcək".

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı