“İncəsənət Olimpiyadası” - YARIŞMA

08:22 08-05-2019 | icon 399 | Mədəniyyət
“İncəsənət Olimpiyadası” - YARIŞMA

Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 2 gün “İncəsənət Olimpiyadası” adlı yarışma keçirildi. Təşkilatı dəstək Azərbaycan İncəsənət Gimnaziyası və Jam Group komandası tərəfindən göstərilib.

 

Versus.Az xəbər verir ki, 4 may Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən incəsənət yarışmasında bir neçə janrlarda çıxışlara baxılıb: fortepiano, estrada vokal,akademik vokal, sksafon, akardion, qarmon, fleyta, bədii qiraət, tamaşa, saz, tar, qanun, skripka, xalq çalğı alətləri, truba, xanəndə, nağara, klarnet, kamança, zərb alətləri və qoboy.

 

5 may Aktyorlar evində keçirilən yarışma isə rəqs növləri üzrə keçirilib, yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub.

 

“İncəsənət Olimpiyadası artıq üçüncü ildir ki, keçirilir. Hər il yarışmaya yerli kollektiv və fərdi iştirakçılarla yanaşı, xarici iştirakçılar da qatılırlar. Bu il də yarışmaya iştirakçı sayı 3600 nəfər olmaqla, paytaxt Bakıdan, bölgələrdən və xarici ölkələrdən iştirakçılar qatılıb. Onu da qeyd etmək lazımdır ki, piano, akademik və xalq çalğı alətləri nominasiyalarında iştirakçıların saylarının artımı müşayiət olunub. Bütün iştirakçıları təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram. Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün görkəmli incəsənət xadimləri olan münsiflər heyətinə də təşəkkür edirəm” – deyə ARA-nın prezidenti və Azərbaycan Gənclər İttifaqı ictimai birliyinin idarə heyətinin üzvü Əziz Əzizov öz sözlərini bildirdi.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndirilib.

 

Yarışma bu yaş kateqoriyasına görə keçirilib: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaş), yeniyetmələr (11-15 yaş), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar olub: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı