“Ürək-damar sistemi xəstəliklərinə qarşı mübarizə” - XEYRİYYƏ AKSİYASI

16:24 08-05-2019 | icon 446 | Sağlamlıq
“Ürək-damar sistemi xəstəliklərinə qarşı mübarizə” - XEYRİYYƏ AKSİYASI

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan humanitar aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının peşəkar həkimlərindən ibarət tibbi heyət cənub bölgəsində 500-dən çox  sakinə xidmət göstərəcək.

 

"Ürək-damar sistemi xəstəliklərinə qarşı mübarizə" devizi ilə ölkənin cənub bölgəsində - Astara rayonunuda humanitar aksiyaya start verilib.

 

Versus.Az-ın məlumatına görə, xeyriyyə tədbiri Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin səyyar hospitalı və Mərkəzi Gömrük Hospitalının peşəkar həkimlərindən ibarət tibbi heyətinin iştirakı ilə keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan üç günlük aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının ürək cərrahı, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudovun rəhbərliyi altında hospitalın təcrübəli kardioloqları- 16 nəfərlik heyət ümumilikdə 500-dən çox sakini müayinədən keçirəcək, həmçinin onlara digər zəruri tibbi xidmətlər  göstərəcək.  Aksiyanın ilk günündə müayinə və müalicəyə cəlb edilən sakinlər onlara göstərilən təmənnasız  və yüksək səviyyəli tibbi xidmətdən məmnun qaldıqlarını bildiriblər.

 
 

Rəşad Mahmudov qeyd edib ki, bu cür xeyriyyə tədbirlərinin il ərzində Azərbaycanın daha 5-6 bölgəsində keçirilməsi nəzərdə tutulub.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”