FHN Ucarda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Ucarda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb.
Versus.Az FHN-nin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ucar rayonunda "QAZ" və “Ford” markalı iki yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford" markalı yük avtomobilində olan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Xəbər lenti
Bakının mərkəzində yeni PUL TƏLƏSİ
İnsanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və...