Deputatdan “Qaydış günü”nün təsis edilməsi ilə bağlı TƏKLİF

14:00 09-06-2023 | icon 655 | Siyasət
Deputatdan “Qaydış günü”nün təsis edilməsi ilə bağlı TƏKLİF

Elşad Mirbəşir: “Bu tarixin təsis edilməsi yaddaşımızı möhkəmləndirəcək”

 

“Bu, işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın başlanğıcı idi. Bu baxımdan, 14 iyun tarixinin Azərbaycanda qayıdış günü kimi təsis edilməsi əhəmiyyətli olardı”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elşad Mirbəşir bildirib.


E.Mirbəşir qeyd edib ki, öz yurdundan didərgin düşmüş insanların qayıdış tarixinin təsis edilməsi  ermənilərin işğalçılıq siyasəti haqqında tarixi yaddaşımızı daha da möhkəmləndirmiş olacaq.

 

Deputat məlum təkliflə bağlı bir sıra arqumentlər irəli sürüb.

 

E.Mirbəşir 2016-cı il aprel döyüşləri nəticəsində ordumuzun Lələtəpə yüksəlikərini işğaldan azad etdiyini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin məskunlaşdırılmasının məhz 2017-ci il iyun ayının 14-də Prezidenti tərəfindən kəndin açılışının edilməsindən sonra başlanıldığını xatırladıb, həmin tarixin əhəmiyyətini önə çəkib.

“Bu, böyük tarixi uğurumuz haqqında əlavə tarixi yaddaş elementi olardı. İkincisi, bildiyimiz kimi, Azərbaycan 2030- sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən birini məhz böyük qayıdış istiqamətində görüləcək işlərdən ibarətdir. Bu mənada, qayıdış gününün təsis edilməsi, sösügedən istiqamətdə işlərin həyata keçiliməsinin də ümumi ruhuna müsbət təsir göstərər.  Bu gün biz bir daha xatırlayacağıq ki, soydaşlarımız Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüşlər”.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”