ALDP vahid namizədlə bağlı müraciət edib

16:09 09-03-2018 | icon 535 | Siyasət
ALDP vahid namizədlə bağlı müraciət edib

"Müxalifətin vahid namizədi Sərdar Cəlaloğlu ola bilər"

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rəyasət Heyətinin iclasını keçirib.

Versus.az-ın məlumatına görə, Fuad Əliyev Mərkəzi Seçki Qərargahının (MSQ) imzatoplama kampaniyasında iştrak edən partiya üzvlərinə öz minnətdarlığını bildirib:

“İmzatoplama kampaniyası uğurla keçdi. Biz bir daha subut etdik ki, partiyanın potensialı var və biz düz yol seçmişik. Bizim tərəfdarların sayı artır və bu, bizə əlavə stimul verir”.

Fuad Əliyev seçkilərdə müxalifətin vahid mövqeyindən çıxış etməyin vacibliyini vurğulayıb:

“Hesab edirəm ki, əgər seçkilərdə iştrak edən ADP, VİP və AĞ partiya və seçkilərdə iştrak etməyən müxalif partiyalar vahid mövqedən çıxış etsələr müxalifətin qələbəsinə nail olacağıq. Bu seçkilərdə VİP, AĞ partiya və ADP sədrlərinin iştirakına hörmətlə yanaşıram və onlara uğurlar arzulayıram. Baxmayaraq ki, biz lazım olan 45 min imzanı topladıq, təklif edirəm ki, müxalifətin birliyi naminə bu addımı ataq. Hesab edirəm ki, müxalifətin vahid namizədi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ola bilər. Təklif edirəm ki, ALDP üzvləri bu seçkidə onu dəstəkləsinlər. Biz seçkidə iştrakımızı dayandırmırıq, əksinə, ADP ilə birlikdə davam edirik. İkinci təklifim budur ki, seçkidə iştrak edən və iştrak etməyən partiyalara müxalifətin vahid mövqeyindən çıxış etmək üçün müraciət qəbul edək”.

Müzakirələrdən sonra ALDP sədrinin təklifi qəbul olundu. Rəyasət Heyətinin qərarı ilə ALDP növbədənkənar prezident seçkilərində ADP sədri Sərdar Cəlaloğlunun namizədliyini dəstəkləyəcək. Toplantıda müxalifət partiyalara müraciət qəbul olundu.

 Azərbaycan Liberal Demokrat Partiyasının VİP, AĞ partiya, KXCP, BAP, Azadlıq, Aydınlar, AMİP, Ədalət, VHP, VAMBP, REAL hərəkatına

MÜRACİƏTİ: 

Növbədənkənar prezident seçkisində Azərbaycan müxalifətindəki demokratik qüvvələr birlik, həmrəylik nümayiş etdirməlidir. ALDP hər zaman demokratik qüvvələrin birik ideyasının reallaşmasına cəhd göstərib. ALDP bəyan edir ki, bu seçkilər vahid namizədi dəstəkləməklə müxalifətin birliyinə gedən yola çıxmış ola bilərik. Bu baxımdan hesab edirik ki, növbədənkənar prezident seçkilərinə qatılan və qatılmayan müxalifət partiya liderləri, müxalifyönlü seçicilər ADP sədri Sərdar Cəlaloğlunun vahid namizədliyini dəstəkləyib ona səs verməlidirlər. Müxalifətin qələbəsi həm birliyindən, həm də uğurlu şəxsin vahid namizəd seçilməsindən asılıdır. Bu uğurlu namizədin isə ADP sədri Sərdar Cəlaloğlu olduğunu hesab edirik.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür