Avrokuboklar tarixində ilk dəfə 

03:31 10-05-2019 | icon 461 | İdman
Avrokuboklar tarixində ilk dəfə 

Versus.Az-ın məlumatına görə, tarixdə ilk dəfə qitə miqyaslı turnirlərin finallarında yalnız bir ölkə təmsilçiləri mübarizə aparacaq.

 

Buna İngiltərə klubları imza atıblar. Çempionlar Liqasının ardından Avropa Liqasında da hər iki finalçı Premyer Liqanı təmsil edəcək.

 

Belə ki, mayın 29-da Bakıda keçiriləcək finala London klubları “Arsenal”la “Çelsi” vəsiqə qazanıblar. Bir gün öncə dəqiqləşən Çempionlar Liqasının final cütündə isə “Tottenhem”lə “Liverpul” üz-üzə gələcək. Madriddəki oyun iyunun 1-də baş tutacaq.

Bununla İngiltərə avrokuboklarda hər üç mükafatı təmin edib. Çempionlar Liqası və Avropa Liqası ilə yanaşı, UEFA Superkubokunun da Premyer Liqa təmsilçisinə nəsib olacağı rəsmiləşib.

 

Qeyd edək ki, finalçılardan üçü eyni şəhəri – Londonu təmsil edir. Bunlar “Tottenhem”, “Arsenal” və “Çelsi”dir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı