Avroliqada Bakı finalçıları

09:17 10-05-2019 | icon 514 | İdman
Avroliqada Bakı finalçıları

"Arsenal" futbol klubu Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində cavab qarşılaşmasında 4:2 hesabı ilə İspaniyanın "Valensiya" komandasına qalib gəlib və beləliiklə finala vəsiqə qazanıb.

 

Versus.Az Milli.Az-a  istinadən bildirir ki, qolları P.Obameyanq (17-ci, 69-cu, 88-ci dəqidədə), A.Lakazet (50-ci dəqiqədə), K.Qameyro (11-ci, 58-ci dəqiqə) vurublar.

Qeyd edək ki, Londonda keçirilmiş ilk görüş də Arsenalın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda isə İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda "Ayntraxt"ı qəbul etdi. Frankfurtdakı görüşdə qeydə alınan  1:1 hesabı "zadəganlar"a nisbətən üstünlük qazandırırdı. Cavab oyun də 1:1 hesabı ilə bitdi. Əlavə vaxtda qalib müəyyənləşmədi, penalti seriyasında isə "Çelsi" 4:3 hesabı ilə qalib gəldi.

 

Xatırladaq ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Avropa Liqası
Yarımfinal, cavab oyunları
9 may

"Valensiya" (İspaniya) - "Arsenal" (İngiltərə) - 2:4
Qollar: Qameyro, 11, 58 - Obameyanq, 17, 69, 89; Lyakazett, 50

Valensiya. "Mestalya" stadionu. Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun - 1:3

"Valensiya":  Neto (q), Qabriel,  Qonsalo Quedeş,  Kevin Gameyro, Daniel Parexo (k), Jose Gaya, Fransis Koquelin, Daniel Vass, Rodrigo, Kristiano Piççini, Ezequiel Garay
Ehtiyat oyunçular: Xaume Domenek, Muktar Diakabi, Toni Lato, Fakundo Ronkalya, Karlos Soler, Ferran Torres, Santi Mina
"Arsenal":  Peter Çex (q),  Sokratis Papastatopolus, Lorent Koselini, Aleksandre Lyakazett,  Məsut Özil, Lukas Torreyra, Pyer-Emerik Abameyanq, Maitland Niles, Naço Monreal, Sead Kolasinaç, Granit Xaka 
Ehtiyat oyunçular: Bernd Leno, Şkodran Mustafi, Matteo Qenduzi, Eddi Nketia, Mohammed El-Neni, Aleks İvobi, Henrix Mxitaryan

 

"Çelsi" (İngiltərə) - "Ayntraxt" (Almaniya) - 1:1 (penalti 4:3)

Qollar: Loftus-Çek, 28 - Yoviç, 48
London. "Stemford Bric" stadionu. Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
İlk oyun - 1:1
"Çelsi": Kepa Arrisabalaqa, Emerson, David Luis, Andreas Kristensen, Sesar Aspilikueta, Mateo Kovaçiç, Jorjinyo, Ruben Loftus-Çik, Eden Azar, Villian, Olivye Jiru.
Ehtiyat oyunçular: Villi Kabalyero, Markos Alonso, Ross Barkli, Davide Zappakosta,Qari ri Kexill, Pedro, Qonsalo İquain 
"Ayntraxt": Kevin Trapp, Danni da Kosta, David Abraham, Martin Xintereqqer, Simon Falett, Makoto Xasebe, Sebastyan Rode, Ante Rebiç, Miyat Qaçinoviç, Filip Kostiç, Luka Yoviç
Ehtiyat oyunçular: Frederik Rennov, Jelson Fernandes, Evan Ndika, Jonatan de Quzman, Sebastyen Alle, Timoti Çandler, Qonsalu Pasensya     

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı