"Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir"

14:55 10-03-2018 | icon 619 | Siyasət
"Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir"

“Bəzi şəxslər ölkədən qaçaraq Azərbaycanın simvollarını təhqir edirlər. Həmin şəxslər xaricə gedən kimi onların pasportlarını alırlar, Azərbaycana qarşı təlimatlandırırlar”.

Versus.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında şıxışı zaman qeyd edib. Ə.Həsənov bildirib ki, Azərbaycan mətbuatı bu cür insanlara qarşı mübarizə aparmalıdır:

“Baxın, həmin insanlardan valideynləri də imtina ediblər. Həmin insanlar “Facebook”un imkanlarından istifadə edərək çirkab yağdırırlar. Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir”.

Ə.Həsənov qeyd edib ki, reket jurnalistlərlə bağlı Mətbuat Şurası siyahı hazırlayıb:

“Məni təhdid edirlər. Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur. O insanları doğru yola dəvət edirəm. Olan və olmayan kompromat toplayıb insanları şantaj etmək yaxşı bir hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram”.

PA rəsmisi vurğulayıb ki, Mətbuat Şurasının “qara siyahı”sında olan media orqanlarının əməkdaşlarının adları bundan sonra da mənzil alan şəxslərin siyahısına daxil edilməyəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI