BÖYÜK LİDER, ŞƏXSİYYƏT, İNSAN!

21:11 10-05-2019 | icon 503 | Gündəm
BÖYÜK LİDER, ŞƏXSİYYƏT, İNSAN!

Onun üçün Azərbaycana sevgi sözdə deyildi

QƏNİRƏ PAŞAYEVA

/millət vəkili/

 

Bu gün ümummilli liderimiz, mənim və onlarla jurnalistin, minlərlə gənc insanın, bütün xalqımızın və dövlətimizin həyatında böyük rolu və müstəsna xidmətləri olan Heydər Əliyevin doğum günüdür...

 

İllər keçir... Amma illər Onun nə qədər böyük bir LİDER, ŞƏXSİYYƏT, İNSAN olduğunu daha çox hiss etdirir, anladır bizə. Həyatımda çox şey öyrəndiyim böyük Lider, əziz İnsanı hər zaman sevgi, sayğı və rəhmətlə anıram. Milyonlarla azərbaycanlı sadəcə bu gün deyil, hər zaman onu sevgi, sayğı və rəhmətlə anır...

 

Onunla son müsahibədən sonra söhbətimizdə ölkəmizlə, onun sadəcə bu günü deyil, gələcəyi ilə də bağlı çox önəmli məsələlərə toxunub, "qızım, sən jurnalistsən, cəmiyyətdə fəal rol oynayır jurnalistlər, bunları bilməlisiniz və heç bir zaman unutmamalısınız ki, bizim hər birimizin müstəqil Azərbaycandan dəyərli və önəmli heç bir nəyimiz yoxdur və ola da bilməz. Hansı peşənin sahibi olursunuzsa olun, dövlətimizi qorumaq və onu gücləndirmək borcunuzdur" demişdi.

O, Azərbaycanla nəfəs alırdı. Həmin 2 saatlıq söhbətin sonunda mən "cənab Prezident, insanların bir çoxu o qədər də bilmir siz Azərbaycan üçün nə qədər böyük əziyyətlərlə, çətinliklərlə, sui-qəsdlərlə üzləşmisiniz. Çətin həyat yaşamısınız" dediyimdə heç zaman unutmadığım və ölənə qədər unutmayacağım sözləri söyləmişdi: "Qızım, nə qədər çətinliklər olursa olsun, mən ölkəm və xalqım üçün çalışmaqdan heç bir zaman yorulmadım və nə qədər ömrüm var, bu, belə də olacaq."

 

... Nur içində yatsın. "Azərbaycan" şeirini söyləyəndə duyğularını gizlədə bilməmişdi. Məncə bu şeiri ən gözəl o söyləyib. Çünki onun üçün Azərbaycana sevgi sözdə deyildi, o, bütün varlığı ilə Vətəninə və Millətinə bağlı insan idi.

 

Müstəqil Azərbaycan və xalqımız hər zaman Sizi böyük sevgi ilə xatırlayacaq. Nur içində yatın, böyük LİDER, ŞƏXSİYYƏT, İNSAN.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin