"Əməkdaşlıq imkanları kifayət qədərdir"

10:30 01-06-2023 | icon 800 | Siyasət
"Əməkdaşlıq imkanları kifayət qədərdir"

Rəşad Bayramov: "Ölkələrimizin siyasi‚ strateji və təhlükəsizlik maraqlarına xidmət edəcək"

 

"İsrail istər birinci Qarabağ savaşı, istərsə də sonrakı dövrdə daim Azərbaycanın ərazi bütövlüyünü tanıyan və bütün Beynəlxalq Platformalarda Azərbaycanın haqq səsinə səs verən bir dövlətdir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

 

Politoloq vurğuladı ki, hələ 90-cı illərin əvvəllərində, yəni birinci Qarabağ savaşı dönəmində Qərb ölkələri Azərbaycana silah-sursat satmaqdan imtina etdiyi bir zamanda İsrail yenə də haqq-ədalətin yanında oldu, ölkəmizin haqq səsinə dəstək olaraq öz hərbi arsenalını Azərbaycanın üzünə açdı:

 

"Artıq uzun illərdir ki, rəsmi Təl-Əviv Azərbaycanın müdafiə sənayesinin inkişafında, eləcə də digər müstəvilərdə ölkəmizlə yaxın əməkdaşlığa malikdir. Eynilə iqtisadi-ticari sahədə də əlaqələr yüksək səviyyədədir. Bu gün İsraillə ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. Ölkəmiz geniş həcmə malik neft və qaz yataqlarının olduğu Xəzər hövzəsində yerləşir ki, bu da dövlətimizi İsrail üçün olduqca əhəmiyyətli edir. Eyni şəkildə İsrailin çox güclü sənayəyə malik olması, texniki avadanlıqlar və hərbi sursatlar istehsalı da bizim üçün əhəmiyyətli hesab olunur. Bütün bunların nəticəsidir ki, indiyə qədər keçən dövr ərzində hər iki ölkə arasında olan iqtisadi-ticari əlaqələr yüksək templə artmışdır.
Heç şübhəsiz ki, İsraildə səfirliyimizin açılması və indi də İsrail Prezidenti İsxak Hersoqun Azərbaycan səfəri indiyə qədər onsuz da ən yüksək səviyyədə olan münasibətləri daha da inkişaf edəcək və əməkdaşlığımız üçün yeni imkanlar meydana çıxacaq. Bununla bağlı artıq müəyyən razılaşmalar da var. Belə ki, irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələrin reallaşdırılması artıq razılaşdırılıb. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Yeni əməkdaşlıq sahələrdən biri də kibertəhlükəsizlik sahəsidir. Bu sahədə də fəal təmaslara başlanılıb. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq. Eyni şəkildə qarşılılıqlı turist axınının səviyyəsinin artırılması ilə bağlı da razılaşma əldə edilib”.

 

Politoloq qeyd edib ki, İsrail Prezidentinin səfəri zamanı digər önəmli bir əməkdaşlıq müqaviləsi də imzalandı:

 

"Bu müqavilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” adlanır və özündə səhiyyə sahəsində geniş spektrli əməkdaşlıq imkanlarını ehtiva edir. Göründüyü kimi əməkdaşlıq imkanları kifayət qədərdir və şübhəsiz ki, bu imkanlar hər iki ölkənin siyasi‚ strateji və təhlükəsizlik maraqlarına xidmət edəcək”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI