Qənirə Paşayeva “Tomris” mükafatına layiq görüldü

22:27 10-03-2018 | icon 591 | Cəmiyyət
Qənirə Paşayeva “Tomris” mükafatına layiq görüldü

Qadınlar Günü münasibəti ilə təşkil olunmuş tədbirdə "Qafqaz-Media”İctimai Birliyinin rəhbəri Azadə Taleh Abbasqızı bildirib ki, millət vəkili Qənirə Paşayeva millət vəkili kimi qanunverici orqanda, ölkəmizin Azərbaycanın hüdudlarından kənarda tanıdılmasında, tariximiz, mədəniyyətimiz, Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynayan insanlardan biridir.

Versus.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva onu bu cür gözəl mükafata layiq gördükləri üçün təşkilatçılara təşəkkürünü bildirib və bütün qadınları Qadınlar Günü münasibəti ilə təbrik edib:
 
"Mən də daxil olmaqla hər birimizin, bütün qadınlarımızın ən böyük arzusu odur ki, yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımızı işğaldan azad edilsin. Mən inanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik və inşallah Xankəndində, Xocalıda, Şuşadn və bütün o gözəl torpaqlarımızda da gözəl bayramları qeyd edəcəyik və bu istiqamətdə hamımıza yorulmadan çalışmağı, mübarizə aparmağı diləyirəm”.
 
Tədbirdə iştirak etmək üçün Kərkükdən gələn ziyalılar da millət vəkili Q.Paşayevaya mükafat təqdim ediblər və hər zaman İraq Türkmanlarının yanında olduğu üçün ona təşəkkürlərini bildiriblər.
Millət vəkili Q.Paşayeva vurğulayıb ki, bütün Azərbaycan insanı hər zaman İraqda yaşayan soydaşlarımızın yanındadır:
"Sizin acınız bizim acımız, sevinciniz bizim sevincimizdir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI