İkili diplomlu yeni MBA proqramı tədris ediləcək

13:21 13-05-2019 | icon 418 | Təhsil
İkili diplomlu yeni MBA proqramı tədris ediləcək

Azərbaycanda ilk dəfə ikili diplomlu Neft və Qaz Menecmenti üzrə yeni MBA proqramı tədris ediləcək.

 

Versus.Az xəbər verir ki, tədris proqramı Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə yenicə imzaladığı Əməkdaşlıq Razılaşmasına əsaslanıb. Yeni MBA Proqramı 2019-cu ilin sentyabrında ilk tələbələrini qəbul edəcək və tədrisin sonunda tələbələr hər iki universitetin diplomlarını alacaq.

 

BANM-in rektoru Elmar Qasımov bildirib ki, yeni MBA proqramı çərçivəsində yeni fənlər tədris olunacaq:

“Tələbələr bizim Ali Məktəbdə dünyanın ən nüfuzlu biznes məktəblərindən biri GBS-in tədris proqramı üzrə ingiliscə təhsil alacaq. Burada qazanılan yeni biliklər və ikili diplomla gələcək məzunlara dünyanın nüfuzlu şirkətlərində yaşıl işıq yanacaq”.

 

GBS-in Kampus rektoru Mark Hatton deyib ki, biznes mühiti nə tələb edirsə, tədris proqramları davamlı olaraq ona uyğun yenilənir və tələbənin əsl biznes sahəsinin meneceri kimi yetişməsi, biznesi daha yaxşı qavraması üçün hər cür dəstək verilir:

“Bakalavr pilləsində sadəcə ixtisas fənlərinə önəm veririksə, magistratura pilləsində ixtisasın dərinləşməsi ilə yanaşı, tələbələrə sosial bacarıqlar, liderlik, strateji analiz və qazandıqları bilikləri biznesdə praktiki tətbiq etməyi öyrədirik”.

 

Neft və Qaz Menecmenti üzrə yeni MBA tədris proqramı çərçivəsində tələbələrə neft-qazın treydinqi, rəqəmsal idarəetmə (digital menecment), blokçeyn menecment və digər müasir fənlər tədris olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol