Müğənni Kərim: Qurana and olsun, damarlarımı doğrayacam

16:41 13-05-2019 | icon 637 | Şou-biznes
Müğənni Kərim: Qurana and olsun, damarlarımı doğrayacam

“Xahis edirəm, mənim hisslərimlə oynamayın. And olsun Allaha, and olsun balamın canına, özümə qəsd edəcəm. Hər gün dərman içib əsəblərimi sakitləşdirməkdən bezdim. Tab gətirə bilmirəm, əl çəkin məndən”.

 

 

Versus.Az Baku.ws-ə istinadən xəbər verir ki, müğənni Kərim Abasov atasının 40-ı çıxmamış toylara getdiyinə görə onu qınayanları özünü öldürəcəyi ilə hədələyib və sonda lənətləyib.

 

İfaçının “İnstagram”da atası ilə videogörüntülərlə birlikdə paylaşdığı statusunu təqdim edirik:

“Mən bilməzdim ki, atamı bu qədər məndən çox istəyənlər varmış… Atamın ölüsünü şoulaşdırıb yazanlar, özümə qəsd etsəm, altından çıxa bilməyəcəksiz. Əl çəkin, həyatımı, dərdimi yaşayım.

Ağlamaqdan gözlərim göynəyir, axırda kor olacam. Sənətim mənim qazanc yerimdir. Balamın, ailəmin, hüzürə gələn qonaqlarımın qabağına mən çıxmalıyam. Mən dilənçi deyiləm ki, məclisə gələn adamlardan pul yığım. Adım-sanım var. Ona görə də mən işə çıxıb pul qazanmalıyam. Kimsə qapımı döyüb mənə 10 manat pul vermir. Məni qınayanlar, başınıza gəlsin.

Baxın görün mən nə çəkirəm. İçim özümü yandırır, çölüm özgəsini. Əl çəkin məndən. And olsun Allaha, axırıncı xəbərdarlığımdır. Qurana and olsun, damarlarımı doğrayacam.

Jurnalistlər, mənim axırıma çıxdınız. Allah bəlanızı versin!”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”