Avropalılar Rusiyanı təhlükə sayır
Avropalıların 40 faizi Rusiyanı Avropa İttifaqı üçün təhdid olaraq görür.
Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə “YouGov” tədqiqat mərkəzinin rəy sorğusunda deyilir.
Rəyi soruşulanların 24 faizi Rusiyanı təhdid görmədiyini deyib, 36 faizi cavab verməkdə çətinlik çəkib.
Bundan başqa, respondentlərin 47 faizi Avropanın ümumi ordusunun yaradılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, rəy sorğusu Avropanın 8 ölkəsində 8 mindən çox respondent arasında keçirilib.
Xəbər lenti
Tarixi dostluq və mehriban qonşuluq
"Əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək"