Tiflisin azad edilməsi əməliyyatı başladı – Saakaşvilidən şok

23:07 14-05-2019 | icon 449 | Dünya
Tiflisin azad edilməsi əməliyyatı başladı – Saakaşvilidən şok

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Münhendə Avropada yaşayan Gürcüstan vətəndaşları ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, görüşdə 12 məsələ müzakirə edilib. 5 saat davam edən görüşdə Saakaşvili oliqarxik rejim, Gürcüstanın problemləri, korrupsiya, Rusiyadan gələn təhdidlər barədə danışıb. O, bu görüş sayəsində Gürcüstanın azad edilməsi əməliyyatının başladıldığını bildirib:

“Biz kadrlar bankı yaratmalıyıq. Hökumətin rəsmi ideologiyası korrupsiyadır və izn vermək olmaz ki, korrupsiya ideologiyaya çevrilsin. Haqq, intellekt, gürcü xalqı, tarix, polis, ordu bizim tərəfimizdədir. Gürcüstanın azad edilməsi əməliyyatı bu gün rəsmi olaraq başladıldı və biz onu yekun qələbəyə qədər aparacağıq”.

Özünü oğlunu itirən ata adlandıran Saakaşvili İvanişvilidən özünün övladları hesab etdiyi Kutaisi parlamentini, Batumidəki Amerika Texnologiyaları Universitetini, gürcü ordusunu, hərbi istehsalı məhv etdiyinə görə qisas alacağını vurğulayıb. O, həmçinin 2012-ci ilə qədər İvanişvilinin bankrot olmaq yolunda olduğunu deyib və yalnız Rusiyanın onu siyasətə atmasından sonra bu yoldan xilas olduğunu söyləyib:

“2011-də ruslar İvanişviliyə dedilər ki, əgər onlara Gürcüstanın müharibədə uduzmasına yardım etsə, ona 2 milyard dollar verəcəklər. Onun həmin dövrdə “Kartu” bankında aktivləri 400 milyon laridən az idi. 2012-ci ildə qeydə alınan bu rəqəm indi 2 milyard laridir. Bu pullar gürcülərin ciblərindən oğurlanıb”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı