"İran üzərində qələbə üçün iki zərbəyə ehtiyac var" - Senator

12:28 15-05-2019 | icon 374 | Dünya
"İran üzərində qələbə üçün iki zərbəyə ehtiyac var" - Senator

İran üzərində qələbə üçün iki zərbəyə ehtiyac var.

 

Versus.Az xəbər verir ki, bu haqda Amerika senatoru Tom Kotton PBS telekanalında “Firing Line” proqramında deyib.

“Bəli, iki zərbə. Birinci zərbə və son zərbə”, - senator ABŞ-ın İranla açıq hərbi qarşıdurma halında qələbə qazana bilib-bilməyəcəyi barədə aparıcının sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, İranın ABŞ və ya onun müttəfiqlərinə hücumu belə münaqişənin başlanmasının səbəbi ola bilər.

Qeyd edək ki, Amerika Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTKOM) ABŞ ordusu İran tərəfindən gözlənilən potensial təhlükə səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini artırdığını açıqlayıb.

"Mərkəzi komandanlıq "Sarsılmaz qətiyyət" əməliyyatı ilə koordinasiya şəklində İraq və Suriyadakı əməliyyatlarda iştirak edən bütün qüvvələr üçün güc mövqeyi səviyyəsini artırıb. Əməliyyat yüksək həyəcan səviyyəsindədir və biz ehtimal ki, bilavasitə İraqdakı ABŞ qüvvələrinə qarşı gözlənilən təhlükələri yaxından izləyirik", — deyə idarənin məlumatında bildirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı