"Efirdə tamaşaçıya hörmətsizlik edir"

14:31 12-03-2018 | icon 138 | KİV
"Efirdə tamaşaçıya hörmətsizlik edir"

"Müzakirə verilişlərində, tok-şoularda ciddi, ictimai əhəmiyyət kəsb edən mövzuların müzakirəsi zəruridir və buna tamaşaçının ehtiyacı var. Kim deyirsə, belə mövzular tamaşaçı üçün maraqlı deyil, səhv edir".

Versus.az bildirir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, cəmiyyətdə ekstrasenslər, öncəgörənlər də kimlər üçünsə maraqlıdır:

“Aktuallıq kəsb edərsə, ciddi ekspertlərin iştirakı ilə belə mövzuları da hərdən müzakirəyə çıxarmaq olar. Lakin bu, davamlı şəkil alanda başqa meyllər hiss olunur. Hazırda bəzi telekanallar bu mövzuları reytinq xatirinə mütəmadi olaraq gündəmdə saxlamaq xətti seçib. Hətta bəzən aparıcıların da buna məcbur olduğu müşahidə edilir. Çünki onlardan reytinq  tələb olunur. Əlbəttə, bu, xoşagələn hal deyil. Lakin elə kanallar da var ki, onların efirində qətiyyən belə hallar yaşanmır. Deməli, “ekstrasens”lərsiz də reytinq yığmaq olar".

T. Dadaşov qeyd edib ki, xüsusən "Space" telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişində son vaxtlar cəmiyyətdə ekstrasens, şəfaverici kimi tanınan bəzi şəxslər tez-tez görünür:

"Bütün hallarda onlar efirə tez-tez çıxdıqca, reklam olunurlar. Bəzən həmin ekstrasenslər insanların sağlamlığında özlərini həkimlərdən daha vacib rol sahibi kimi təqdim edirlər. Təəssüf ki, aparıcılar da ekstrasenslərin təkəbbürlü çıxışlarının qarşısını almağa çalışmırlar. Bu da onların əl-ayağını açır. Özlərinə ekstrasens deyən həmin şəxslər son vaxtlar özlərini o dərəcədə arxayın hiss edirlər ki, efirdə tamaşaçıya, iştirakçıya hörmətsizlik edir, yersiz emosionallıq, efir etikasına zidd davranışlar sərgiləyirlər. Bütün bunlar ciddi narahatlıq yaradır. Sanki kanalların, aparıcıların həmin “ekstrasens”lərdən asılılığı təəssüratı yaranır. Bu cür hallar monitorinqlərin predmetidir və mütəmadi olaraq Şura rəhbərliyinə məruzələr edilir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Hidrometeorologiya Departamenti xəbərdarlıq edib

İcra başçılarına müraciət ünvanlanıb

"Qafqazinfo.az" - 8

"Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur"