Azərbaycanda tarixi abidəni yandırıblar

09:26 16-05-2019 | icon 404 | Mədəniyyət
Azərbaycanda tarixi abidəni yandırıblar

Bir müddət əvvəl Oxu.Az-ın Qobustan şəhərində yerləşən Diri baba türbəsinin dağılması ilə bağlı qaldırdığı məsələyə rəsmi reaksiya verilib.

 

Versus.Az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Diri Baba türbəsində ötən ilin fevral ayında kimliyi hələ də məlum olmayan şəxslər tərəfindən yanğın törədilib:

 

“Abidənin şəbəkə formasında olan pəncərələrinin bir hissəsi dağıdılıb. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanlarına da məlumat verilib. Diri Baba türbəsinə də abidə mühafizəçilərimiz tərəfindən daim nəzarət olunur. Həmin hadisə isə axşam saatlarında törədilib.

Burada insanlarımız özləri də diqqətli olmalıdır. Axı kimsə böyük bir tarixə malik olan abidəni niyə dağıtsın ki? Ümumilikdə abidə həmin hadisəyə qədər yaxşı vəziyyətdə olub”.

 

Lakin buna baxmayaraq, Diri Baba türbəsində bərpa işlərinin aparılmasının nəzərdə tutulmadığı qeyd olunub:

“Diri Baba türbəsi ölkəmizin turist axını olan istiqamətlərindən biri olduğu üçün həmişə həm yerli sakinlər, həm də turistlərin ziyarət etdiyi məkan olub. Bu gün də turistlər Diri Baba türbəsini ziyarət edir.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də bir neçə tarixi abidədə təmir-bərpa işləri aparılır. Lakin Diri Baba türbəsində bu il hər hansı bərpa işlərinin aparılması nəzərdə tutulmayıb”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı