Ukraynada insult keçirən Milli Qəhrəman yaxında vətənə dönəcək

15:49 16-05-2019 | icon 686 | Şəhidlər və şahidlər
Ukraynada insult keçirən Milli Qəhrəman yaxında vətənə dönəcək

Ukraynada insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicəsinin Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülməsi ilə bağlı Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi mətbuat konfransı keçirib.

 

Versus.Az xəbər verir ki, konfransda şəhid və Milli qəhrəmanların ailəsi, zabitlər, qazilər iştirak edib.Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Məmmədov Zabit Quliyevin səhhətində bağlı yaranmış problemdən danışıb: "Mayın 7-də Milli Qəhrəman Zabit Quliyevi ümummilli lider Heydər Əliyevlə bağlı keçirilən tədbirlə bağlı Ukraynaya göndərdik, ayın 9-da o, qəflətən insult keçirdi. Biz ayın 10-da bununla bağlı Prezidentə məktub göndərdik. Milli Qəhrəman Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürüldü və Ukraynadakı səfirliklə bağlı əlaqə saxlanıldı. Hazırda 188 Milli Qəhrəman ailəsi, 17 Milli Qəhrəman var. Bir Milli Qəhrəmanımıza göstərilən qayğı bütün Milli qəhrəmanlarımıza göstərilən qayğıdır. Mən bununla bağlı Azərbaycan dövlətinə, xalqımıza və ölkə başçısına təşəkkür edirəm. Ümid edirik ki, Zabit Quliyev sağlamlığına qovuşaraq vətənə dönəcək". 

Konfransda Skype vasitəsilə Milli Qəhrəmanla canlı bağlantı qurulub. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Zabit Quliyevin müalicəsi aparılıb, hazırda vəziyyəti yaxşıdır və yaxında sağlam şəkildə ölkəyə dönəcək. 

Xatırladaq ki, 1975-ci ildə Kürdəmirin Ərəbxana kəndində anadan olan Zabit Quliyev 1993-cü il Milli Orduya çağırılıb. O, Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində vuruşub, düşmənin zirehli texnikalarını dəfələrlə sıradan çıxarıb. 1995-ci il aprelin 4-də Azərbaycan Prezidenti tərəfindən Zabit Quliyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI