“Kərkük koalisiyası” - İMZALANDI

23:06 16-05-2019 | icon 545 | Dünya
“Kərkük koalisiyası” - İMZALANDI

İraq Türkməneli Partiyası və Ulusal İttifaq Partiyası arasında anlaşma protokolu

 

İraq Türkməneli Partiyasının qərargahından Versus.az-a verilən məlumata görə, mayın 15-də Kərkükdə Türkməneli Partiyası və Ulusal İttifaq Partiyası arasında “Kərkük koalisiyası” adlı anlaşma protokolu imzalanıb. Protokolu Türkməneli tərəfindən Kərkük şəhər nümayəndəsi Muxtar Həsən, Ulusal İttifaq Partiyası tərəfindən Kərkük şəhər nümayəndəsi Üstat Kamil imzalayıblar.

 

Məlumatda bildirilir ki, “Kərkük koalisiyası”nın əsas məqsədi bölgədə yaşayan bütün xalqların – türkmənlərin, ərəblərin, kürdlərin, eləcə də, digər etnik qrupların sulh, barış içərisində qonşuluq və qardaşlıq prinsipləri çərçivəsində yaşamasıdır:

 

“Hansı ki, Kərkükdə zaman-zaman bütün etnik qruplardan olan sadə xalqlar, millətlər dinc yanaşı yaşayıblar. Təəssüf ki, bölüşdürücü qüvvələr, terror birləşmələri sabitliyin daimi olmasına imkan verməyiblər. Kərkük elə bir bölgədir ki, burada yaşayan, İraqın müxtəlif kəsimlərindən olan insanların dini inancına, tarixinə, mədəniyyətinə, adət-ənənəsinə həmişə hörmətlə yanaşılıb. Bu istiqamətdə çalışmaq, fəaliyyət göstərmək həm də bölgənin, insanlarımızın təhlükəsizliyi baxımından çox önəmlidir”.

 

Aganisə Sultanova
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ