18 MAY – 37 saylı məktəbdə hüzün günü

10:42 17-05-2019 | icon 755 | Sağlamlıq
18 MAY – 37 saylı məktəbdə hüzün günü

Müəllim və şagirdlər yaddaşlara həkk olan bu kədərli gündə Şəhidlərin abidəsini ziyarət ediblər

 

Laçının Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür. Ağcabədi rayon Taxta Körpü qəsəbəsində yerləşən 37 saylı Laçın şəhər tam orta məktəbində müəllim kollektivi və şagirdlər bu tarixi hüzünlə anıblar.

 

Versus.Az-ın məlumatına görə, məktəbin direktoru Səxavət Məmmədov başda olmaqla məktəbin müəllim kollektivi, şagirdlər və rayon ictimaiyyəti mayın 17-də Taxta Körpü qəsəbəsində laçınlı Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

 

Laçınlı şəhidlərin, eyni zamanda Laçında şəhid olmuş Laçın polislərinin xatirə abidəsi qarşısına tər güllər qoyulub, ruhlarına dualar oxunub.

 

Anım tədbiri məktəbdə davam etdirilib. Siniflər üzrə işğalla bağlı tədbir keçirilib. Tədbirdə Laçının zəngin təbiəti, flora və faunası haqqında şagirdlərə bilgi verilib, tarixi haqqında ətraflı danışılıb.

 

Sonra şagirdlərin işğalla bağlı rəsm sərgisi keçirilib. Məktəblilərin ifasında Laçına, Şəhidlərimizə həsr edilmiş şeirlər səsləndirilib.

 

Qeyd edək ki, 1992-ci il mayın 18-də erməni işğalçıları Laçın şəhərinin yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var.

Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal olunub. Bu gün laçınlılar üçün kədərli bir gün kimi yaddaşlarda qalib.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi