Bakı Metropoliteni kampaniyaya başladı - "Növbəti stansiya JOURNEY"

12:09 17-05-2019 | icon 354 | Mədəniyyət
Bakı Metropoliteni kampaniyaya başladı - "Növbəti stansiya JOURNEY"

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti mayın 25-də dünya şöhrətli bəstəkar və kamança ifaçısı Mark Eliyahunun Heydər Əliyev Sarayında keçiriləcək konsert proqramı ilə bağlı kampaniyaya başlayıb.

 

Versus.Az xəbər verir ki, qurumdan verilən məlumata görə, “Bakı Metropoliteni” QSC-nin “United Cultures” və “124 Studios” ilə layihəsi məhz bu konsertlə bağlıdır: "Layihənin əsas məqsədi metro sərnişinləri arasından seçiləcək 10 nəfəri Mark Eliyahunun konsertinə biletlə təmin etməkdir. "Növbəti stansiya JOURNEY" adlandırılan kompaniyada bilet udmaq şansı qazanmaq üçün sadə bir qeydiyyat prosedurundan keçmək lazımdır. Bilet qazanmaq istəyən şəxs ad, soyad və ata adını, doğum tarixini, telefon və metroda gediş kartının nömrəsini göstərməklə qeydiyyatdan keçir. Əgər iştirakçı Mark Eliyahunun konsertinə bilet albsa, yenə də bu aksiyada iştirak edə bilər".

Məlumatda bildirilir ki, bunun üçün iştirakçı biletinin nömrəsini xüsusi olaraq ayırılmış qrafada göstərməklə Mark Eliyahunun İstanbuldakı konsertinə bilet qazanmaq şansı əldə edə bilər: "Bu halda sizə təyyarə ilə İstanbula və geri uçmaq, oteldə yaşamaq imkanı və konsert bileti daxil olan paket təqdim olunacaq.

 

Qeyd edək ki, may ayının 1-də “İçərişəhər” stansiyasında belçikalı saksafonçu Marselo Monkadanın keçirilən konsert proqramı da “United Cultures” ilə əməkdaşlıq çərçivəsində “İmagine” Avro Tolerantlıq Festivalının ilk tədbiri olmuşdu.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI