"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

23:08 17-05-2019 | icon 1321 | Gündəm
"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva: "Gürcüstan rəsmiləri və milət vəkilləri dərhal reaksiya verməlidir"

 

Millət vəkili Qənirə Paşayeva MM-də Gürcüstanda bəzi qüvvələrin Keşikçidağ abidəsi ətrafında iki ölkə arasında münasibətlərə zərər vurmaq əməllərindən danışıb və onların bütün iddiaları əsassızdir deyib.

 


Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva bu gün MM-də Gürcüstandakı bəzi siyasi və dini nümayəndələrin Keşikçidağ abidələri ətrafında yaratmaq istədikləri heç bir tarixi əsası olmayan gərginlik və onun strateji Azərbaycan-Gürcüstan münasibətlərinə mənfi təsiri barədə danışıb.

 

Millət vəkili Keşikçidağ abidələri ilə bağlı əsassız ittihamlarla çıxış edən Gürcüstanın bəzi din və siyasət nümayəndələrinin açıqlamalarına etirazını bildirib. Qeyd edib ki, onların əməllərinə, açıqlamalarına Gürcüstan rəsmiləri və milət vəkilləri dərhal reaksiya verməlidir və iki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır:

 

“Azərbaycan Gürcüstanla münasibətlərə həmişə həssas yanaşır, böyük önəm verir və onun ərazi bütövlüyünə də hər zaman hörmətlə yanaşır. Gürcüstanda Azərbaycanın ərazi bütövlüyünə qarşı bəzi qüvvələr tərəfindən səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir və bu kimi açıqlamalar sadəcə Azərbaycan-Gürcüstan əlaqələrinə zərər vurur və biz buradan öz etiraz səsimizi ucaldırıq. Azərbaycanın ərazi bütövlüyünə sayğı göstərilməsi bizim üçün ən vacib məsələdir. Keşikçidağ tarixi mədəniyyət abidəsi Azərbaycan tarixinin bir parçası olaraq bizim üçün çox dəyərlidir və bütün tarixi mənbələr də Gürcüstanda bəzi qüvvələrin səsləndirdiyi iddiaların əsassız olduğunu ortaya qoyur. Gürcüstanda Azərbaycan əleyhinə fəaliyyət göstərən və iki ölkə arasında münasibətlərin pozulması üçün çalışan qüvvələrin fəallaşmasının Gürcüstan rəsmiləri və siyasi dairələri qarşısını almalıdır, çünki Azərbaycan üçün Gürcüstan ilə münasibətlərin inkifaşı nə qədər önəmlidirsə, Gürcüstan üçün də Azərbaycanla münasibətlərin inkişafı daha da önəmlidir”. 


Millət vəkili Q.Paşayevanın MM-də bu barədə geniş çıxışını və səsləndirdiyi məsələləri bu linkdən izləyə bilərsiniz.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI