Deputatın Xocalı soyqırımı ilə bağlı növbəti konfransı

16:35 24-02-2018 | icon 575 | Qarabağ
Deputatın Xocalı soyqırımı ilə bağlı növbəti konfransı

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Xocalı soyqırımı ilə bağlı növbəti konfransı Şanlıurfada keçirib.

Versus.az-ın məlumatına görə, rəsmi şəxslərin, QHT və KİV rəhbərlərinin də iştirak etdiyi tədbirdə Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.

Şanlıurfa Türk Ocaqlarının təşkil etdiyi konfransda təşkilatın rəhbəri Cemil Demir, Şanlıurfa bələdiyyəsinin rəhbərliyi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək Xocalı soyqırımı barədə məlumatlar veriblər və həqiqətlərin dünyaya daha geniş yayılmasında birliyin önəmini xüsusi vurğulayıblar. Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəmini vurğuladıqları tədbirdə geniş məruzəsində millət vəkili Q.Paşayeva tədbirin təşkilatçılarına Qarabağa, Xocalı soyqımınına göstərdikləri duyarlılıqdan dolayı təşəkkürünü bildirib. Millət vəkili Xocalı Soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb:

“Etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır. Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun, əvvəlcə insandırBiz hələ də o səsləri yetəri qədər eşitmirik! Bu bir insanlıq utancıdır! Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”.

Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb:

“Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşür. Mən bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıram. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılması vacibdir. Gənclər dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallıqlarını artırmalı, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmalıdır”.

Qənirə Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil” sözləriylə bitirib.

Şanlıurfa Türk Ocaqlarının rəhbəri Cemil Demir və Şanlıurfa bələdiyyəsinin rəsmiləri çıxışlarında Q.Paşayevaya bu konfrans və geniş məruzə üçün təşəkkürlərini bildiriblər. Bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayaraq millət vəkilinə təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.

Q.Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları – “Turan yolçusu” və “Aşk yolçusu”nu, eyni zamanda həmmüəllifi olduğu “Qarabağ hikayeleri” kitabını imzalı hədiyyə edib.

Konfransdan sonra millət vəkili Şanlıurfanın yerli QHT, KİV rəhbərləri, qadın və gənclər təşkilatları rəhbərləri ilə görüşüb, geniş fikir mübadiləsi aparılıb. Q.Paşayeva həmçinin yerli KİV-lərə Azərbaycanla bağlı, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş müsahibələr verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi