Bu gün Bakıda 28 muzeyi ödənişsiz ziyarət etmək olar

11:51 18-05-2019 | icon 376 | Mədəniyyət
Bu gün Bakıda 28 muzeyi ödənişsiz ziyarət etmək olar

"Məktəblilər üçün muzey həftəsi" çərçivəsində paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Versus.Az-a verilən məlumata görə, ekskusiyalar 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeylər və Nəsimi irsi" proqramı üzrə reallaşdırılır.

 

"Məktəblilər üçün muzey həftəsi"nin təşkil olunmasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.

 

Qeyd edək ki, "Muzeylər və Nəsimi irsi" proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir.

 

"Muzeylər və Nəsimi irsi" proqramı üzrə məktəblilər Heydər Əliyev Mərkəzi, "İçərişəhər" və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruqları, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Üzeyir Hacıbəyovun ev muzeyi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar Sarayı Kompleksi, "Qala" Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və digər muzeylər daxil olmaqla ümumilikdə 28 muzeyə səfərlər edirlər.

 

Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olurlar.

 

Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol