Qarabağ klanı Paşinyana qarşı əks-inqilab hazırlayır

12:48 20-05-2019 | icon 597 | Geopolitika
Qarabağ klanı Paşinyana qarşı əks-inqilab hazırlayır

"Həbsdən azad edilən Robert Koçaryan Moskvanın təlimatı ilə Qarabağ klanını ətrafında sıx birləşdirib Paşinyana qarşı hərəkətə keçəcək. Koçaryanın Rusiyaya getməməsi, həbsdən əvvəl və sonra Ermənistanda qalması, əsasən, siyasi proseslərdə aktiv fəaliyyətə keçməsi üçün idi".

Versus.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ikinci inqilab anonsu verməsi ona qarşı əks-inqilabın hazırlanmasını önləməyi planlayır:

"Proseslər Paşinyanın əleyhinə işləyir və ona qarşı Qarabağ klanı əks-inqilab hazırlayır. Qarabağ klanın qalib gəlmək şansı yoxdur. Çünki, Ermənistan vətəndaşları aktiv şəkildə Paşinyanı müdafiə edəcək. Qarabağ klanı ordu vasitəsilə yalnız hakimiyyətə əl qoya bilər. Bu da Ermənistanda qanlı vətəndaş qarşıdurmasına gətirə bilər. Göründüyü kimi, Paşinyanın Qarabağ klanının qarşısında zəifliyi ortadadır. Onun nümayişlərə start verməsi hüquq sistemində, məhkəmə sahəsində dəyişikliklərə gətirəcək. Paşinyanın səhv siyasəti bu gün onun devrilməsini gündəmə daşıyıb".

Politoloq qeyd edir ki, Koçaryanın həbsdən azad edilməsi Ermənistanda yeni siyasi proseslərə strart vermiş oldu. Odur ki, gələn il qondarma rejimdə keçirilən seçkilərdə Koçaryan burada rejimin başına gətirilə bilər:

 

"Baş verən ssenarilər Kremldən idarə olunur və Paşinyan üçün siyasi gərginlik dövrü başlayır. Ermənistanda baş verənlər Qarabağ danışıqlarında Paşinyanın daha da sərt mövqe tutmasına gətirəcək, ümumiyyətlə, danışıqlarda Qarabağ klanından çəkindiyi üçün heç bir kompromis variantla razılaşmayacaq"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı