Fizuli Məmmədov jurnalist Fuad Abbasova dəstək verməyə hazırdı

13:06 20-05-2019 | icon 432 | Gündəm
Fizuli Məmmədov jurnalist Fuad Abbasova dəstək verməyə hazırdı

Tanınmış jurnalist Fuad Abbasovun Moskvada həbsindən sonra Rusiyada yaşayan azərbaycanlılar onun hüquqlarının müdafiəsinə dəstək verməsi üçün Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədova müraciət edib.

Versus.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən Fizuli Məmmədov bildirib ki, azərbaycanlı kimi jurnalistə mümkün dəstəyi verməyə hazırdır: ”Son iki gündə Rusiyanın bir çox vilayətlərində yaşayan soydaşlarımızdan müraciətlər alıram. Hər kəs Fuad Abbasovun ermənipərəst qüvvələrin Rusiya hüquq mühafizə orqanlarına müraciəti əsasında həbsindən rahatsızdır. Bu müraciətlərin çoxu sosial şəbəkələrdə də yayılıb. Biz Fuad Abbasovun vəkili Elman Paşayevlə əlaqə saxladıq. Durumu dəqiqləşdirdik. Hazırda Fuad Abbasov istintaq altındadır. Elman Paşayev hüquq müstəvisində bütün addımların atıldığını bildirdi. Biz də öz tərəfimizdən gərək olan dəstəyi əsirgəməyəcəyimizi ifadə etdik”.

Fizuli Məmmədov bildirib ki, Rusiya Azərbaycanlıları İttifaqı Rusiyadakı bütün soydaşlarımızın problemlərinə həssas yanaşır və mümkün vasitələrlə dəstək verməyə hazırdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin