Bağırsağında narkotik keçirməyə cəhd etdi

16:19 20-05-2019 | icon 683 | Hadisə
Bağırsağında narkotik keçirməyə cəhd etdi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

 

Versus.Az Dövlət Gömrük Komitəsindən yayılan məlumata əsasən xəbər verir ki, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

 

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf rəngli sellofana bükülü 2 ədəd bağlama və həmin bağlamalardan birinin içərisində 6 ədəd büküm aşkarlanıb. Baxış zamanı 1 ədəd bağlamada təqribi çəkisi 16,13 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə təqribi çəkisi 2,17 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə - metamfetamin, 4 ədəd bükümdə isə təqribi çəkisi 4,46 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək aşkar olunub.

 

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”