İran prezidenti sabah Naxçıvanla sərhədə gələcək

16:34 20-05-2019 | icon 346 | Dünya
İran prezidenti sabah Naxçıvanla sərhədə gələcək

İran prezidenti Həsən Ruhani sabah Qərbi Azərbaycan əyalətinə səfər edəcək.

 

Versus.Az-ın ONA-nın Tehran bürosunun məlumatına istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan əyalət başçısının müavini Əli Müstəfəvi deyib.

Onun sözlərinə görə, H.Ruhani Maku şəhərində Energetika Nazirliyinin bir neçə layihəsinin açılış mərasimində iştirak edəcək.

Ə.Müstəfəvi deyib ki, prezident H.Ruhani həmçinin Poldəştin Kərimabad su bəndi layihəsinin də açılışında iştirak edəcək.

Prezident Həsən Ruhaninin bir neçə digər layihələrin açılışını videokonfransla həyata keçirəcəyini də deyən Ə.Müstəfəvi prezidentin Maku Azad İqtisadi Zonasına baxış keçirəcəyini söyləyib.

Səfər sabah günorta başlayacaq və axşama kimi davam edəcək.

Qeyd edək ki, Poldəşt şəhəri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol