Zelenski: "Ukrayna itirdiyi əraziləri qaytarmağa çalışacaq"

16:39 20-05-2019 | icon 374 | Dünya
Zelenski: "Ukrayna itirdiyi əraziləri qaytarmağa çalışacaq"

Ukrayna itirdiyi əraziləri qaytarmağa çalışacaq.

 

Versus.Az-ın  "Ria Novosti"-yə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski andiçmə mərasimində çıxışı zamanı deyib.

 

Zelenski bildirib ki, onun ilk vəzifələrindən biri Donbasda atəşkəsə nail olmaq olacaq: "Bu həqiqətdir ki, tarix ədalətli deyil. Bu müharibəni biz başlamadıq, lakin biz bu müharibəni bitirəcəyik. Biz dialoqa hazırıq. Lakin mən əminəm ki, dialoqa başlamaq üçün ilk addım atılmalı və bütün ukraynalı əsirlər geri qaytarılmalıdır".

 

Yeni prezident Donbasda sülhə nail olmaq üçün öz postundan gedə biləcəyini qeyd edib: "Artıq bizim qəhrəmanlarımız ölməyəcək, mən hər şeyə hazıram. Mən zəif qərarlar verməyəcəyəm və əgər lazım olarsa, öz populyarlığımı itirməyə hazıram. Əgər sülh bərpa olunarsa, mən öz postumdan getmək üçün tərəddüd etməyəcəyəm. Biz hamımız ukraynalıyıq. Böyük və ya kiçik, həqiqi və ya yanlış ukraynalı yoxdur. Biz birləşməliyik, çünki bundan sonra biz güclü ola bilərik".

 

Zelenski çıxışında qeyd edib ki, hər bir Ukrayna vətəndaşı ölkənin Avropa dəyərlərinə sadiq qalmasından məsuldur: "Biz Avropaya doğru yolu seçmişik, lakin Avropa haralardasa uzaqda deyil, Avropa buradadır. Avropa düşüncəsi bizim beynimizdədirsə, demək, o, Ukraynada da olacaq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin