Sosial şəbəkədə aktiv siyasilər kimlərdir? – SORĞU

19:58 17-01-2018 | icon 707 | Gündəm
Sosial şəbəkədə aktiv siyasilər kimlərdir? – SORĞU

İnternet əsrində yaşasaq da…

İnternet əsrində yaşasaq da, hələ də bir çox tanınmış, ictimai-siyasi fəaliyyəti ilə seçilən şəxslər var ki, sosial şəbəkəyə çıxmaqdan və ictimaiyyətlə açıq təmas qurmaqdan ya çəkinir, ya da bunun ciddiliyinə varmırlar. Çoxları isə hələ də sosial medianı, sosial şəbəkəni sadəcə ünsiyyət və tanışlıq səhifələri, qeyri-ciddi məkan kimi qəbul etməkdədir. İnkişaf edən dünya dövlətlərində isə artıq çoxdan sosial şəbəkələr gəlir gətirən və məlumatların paylaşılması müstəvisində ciddi bir məkana çevrilib.

Artıq ölkəmizdə də internet resurslarından istifadə genişlənib. Bir neçə il əvvəllə müqayisədə bu gün daha operativ məlumatlar sosial media vasitəsilə yayımlanır. Versus.Az məsələ ilə bağlı sorğu keçirib. Sualımız belədir:

Sosial şəbəkə-sosial mediada ən fəal siyasətçi və ictimai xadim kimdir? O, daha çox nə ilə diqqət çəkir?

“Bu şəbəkədə ən fəal siyasətçi ALDP sədri Fuad Əliyevdir”

Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev bildirib ki, bu gün bəzi siyasilər sosial mediadan fəal şəkildə istifadə edirlər:

“Bir çoxlarının hətta facebook şəbəkəsində səhifələri də var. Amma o səhifələrdə yalnız fəaliyyətlərini təbliğ edirlər. Bu sırada millət vəkilləri, partiya sədrləri və digər siyasətçilər də var. Mətbuat işçisi kimi və hər gün sosial medianı izləyən şəxs kimi deyə bilərəm ki, bu şəbəkədə ən fəal siyasətçi ALDP sədri Fuad Əliyevdir. Fuad Əliyev həm partiyanın fəaliyyətini təbliğ edir, həm gündəmi zəbt edən siyasi proseslərə, hadisələrə rəy bildirir, həm də ona ünvanlanan sualları cavablandırır. Bütün bunlar digər sosial qruplarda da paylaşılır. Bu hal siyasətçinin güclü potensiala, elektorata malik olduğunu göstərir və siyasi aktivliyindəın irəli gəlir.”

“Bunlar sosial ictimaiyyətlə çox ciddi şəkildə işləyir”

Versus.Az-ın redaktoru Gözəl Nəcəfli bildirib ki, Facebookda bir çox ictimai-siyasi xadimlərlə qarşılaşır.

“Əvvəla onu qeyd etməliyəm ki, dostluğumda bir neçə siyasətçi, ictimai fəaliyyəti ilə seçilən insanlar var. Onlardan daha aktiv olanlar sırasında birinci yerdə ALDP sədri Fuad Əliyev, siyasi ekspert Nəsimi Məmmədli, MMP sədri Hafiz Hacıyev, müəyyən mənada Əli Əliyev dayanır. Təbii ki, millət vəkili Qənirə Paşayeva, Aydın Mirzəzadə, Zahid Oruc sosial ictimaiyyətlə çox ciddi şəkildə işləyir, hər bir məsələ ilə bağlı münasibət və təhlillərini, təkliflərini irəli sürürlər”.

“Onlar gündəlik ictimai müzakirələrdə aktivdirlər”

“Cümhuriyyət” qəzetinin əməkdaşı, jurnalist Alçina Amilqızı sosial mediada aktiv olanlar sırasında Fazil Mustafanı, Aydın Mirzəzadəni, Qənirə Paşayevanı, Zahid Orucu nümunə gətirib. Jurnalist  eyni zamanda siyasi şərhçilərdən Elxan Şahinoğlunun, Məhəmməd Əsədullazadənin, Fərhad Mehdiyevin adını çəkib:

“Onlar gündəlik ictimai müzakirələrdə aktiv iştirak edir, analizlərini, məsələ ilə bağlı şərhlərini bölüşürlər”.

“Vüqar müəllim hər bir jurnalistin suallarını cavablandırır”

Jurnalist Əmrah Fəqanoğlu bildirib ki, sosial şəbəkələrdə, xüsusən də facebookda paylaşılan hər bir sağlam fikir, düçüncə, təklif bir oxucu, bir sadə vətəndaş olaraq onda xoş təsir bağışlayır:

“Mənim qənaətimə görə, bu təhlillər real faktlar üzərində qurulur, proqnozlar da ciddi hesablamalara əsasən irəli sürülür. Vüqar Bayramovun Azərbaycanda sosial sahədə aparılan davamlı, mütərəqqi islahatlar barədə məqalələri, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən yeni sığorta-pensiya sisteminin tətbiqinə dair çoxsaylı sualları əhatəli, obyektiv, hər kəs üçün anlaşıqlı formada cavablandırması da olduqca təqdirəlayiqdir. Bildiyim qədər, işinin çox olmasına baxmayaraq, Vüqar müəllim ondan iqtisadçı ekspert olaraq müsahibə almaq istəyən hər bir jurnalistin suallarını da məmnuniyyətlə cavablandırır.”

“Sosial məsələlərlə bağlı yazdıqları diqqətimi daha çox çəkir”

1news.az saytının əməkdaşı Babək Cahandarov bildirib ki, sorğunu cavablandıran zaman təbii olaraq hər kəs öz dostluğunda olan və izləyə bildikləri siyasətçilər haqqında fikir bildirmək imkanı üzərindən çıxış edir:

“Düzü, dostluğumda az siyasi və ictimai xadim var. Olanlardan isə Razi Nurullayevi qeyd edə bilərəm. Sosial məsələlərlə bağlı yazdıqları diqqətimi daha çox çəkir.”

“Facebook-da bizim tanınmış ictimai və siyasi xadimlər çox azdır”

Azim.az xəbər portalının baş redaktoru Təbriz Vəfalı bildirib ki, əksər xarici ölkələrdən fəqli olaraq, Azərbaycanda tanınmış ictimai və siyasi xadimlərin çox az qismi sosial şəbəkələrin istifadəçiləridirlər:

“Əslində bunun səbəbi çox bəsitdir. Sanki bu insanlar kimlərinsə onların nüfuzlarından istifadə edəcəklərindən çəkinirlər, yaxud da sıravi vətəndaşlara “yuxarıdan aşağı baxmaq” iddiası ilə yaşadıqları üçün sosial şəbəkələrə ya qoşulmurlar, ya da məhdudiyyətli formada qoşulurlar. Hətta elə şəxslər var ki, onların səhifələrində təbrik, iradtəklif, arzu və sair yazmaq və şəkil paylaşmaq qeyri-mümkündür. Həmin şəxslər yalnız öz yaxın adamları ilə əlaqə qurmağa üstünlük verirlər və sıravi vətəndaşlar, ictimaiyyətin ayrı-ayrı təbəqələrindən olan insanlar sözügedən şəxslərlə ünsiyyət yaratmaqda, məsləhət almaqda və digər məsələlərdə çox çətinlik çəkirlər. Xüsusilə də facebook sosial şəbəkəsində Azərbaycandan olan tanınmış ictimai və siyasi xadimlər çox azdır. Mənim facebook-da olan dostlarımın arasında Fazil Mustafa, Rasim Musabəyov, Rauf Arifoğlu və digər tanınmış insanlar var. Ancaq onların arasında ən aktiv olanı Fazil Mustafadır. Bəlkə də vaxt qıtlığından Fazil müəllim bütün siyasi, sosial-iqtisadi və digər məsələlərlə bağlı fikirlərini və qeydlərini öz statuslarında yaza bilməsə də, əksər hallarda maraq doğuran, geniş ictimaiyyətdə müzakirəyə səbəb olan və daha çox bəyənilən və rəy bildirilən statusları var. Digər tanıdığım insanlar o qədər də aktivlik nümayiş etdirmirlər.”

“O, bütün baş verən siyasi hadisələrə real fikir yürüdür”

Tərəqqi.az saytının redaktoru Əbdül Zülfüqarov izlədiyi şəxslərdən politoloq Nəzakət Məmmədovanın adını qeyd edib:

“Nəzakət xanım bir politoloq kimi Azərbaycanın tarixini tam araşdırır, bütün baş verən siyasi hadisələrə real fikir yürüdür, hər zaman hər yerdə haqqın tərəfindədir.”

 “Sosial şəbəkələr getdikcə öz marağını və effektini itirməkdədir”

Millət.az saytının baş redaktoru Əli Orucov bildirib ki, sosial şəbəkələr getdikcə öz marağını və effektini itirməkdədir:

“Bu da ondan irəli gəlir ki, maraqlı, ictimai və diqqət çəkən aktual mövzulara çox az toxunulur. Təkrarçılıq, yersiz paylaşımlar və əndazəsini aşan şərhlər daha çox yer tutur. Bəlkə də bilərəkdən belə edilir, amma nə yazıqlar ki, reallıq bundan ibarətdir. Lakin bununla belə vacib məsələlər də müzakirəyə çıxarılır. Mətbuata çıxışın olmadığı və xüsusən də TV-lərə əl çatılmaz bir vaxtda sosial şəbəkələri ən ideal tribuna saymaq olar. Konkret ad çəkməsəm də, bu resurslardan kifayət qədər istifadə edənlər var. Misalçün təvazökarlıqdan uzaq olsa da, şəxsən özümü qeyd edə bilərəm. Bu həm də mənim işimin və fəaliyyətimin əsas istiqamətlərindən biridir.”

“Aktivlər sırasında Qənirə Paşayevanın adını çəkməsək haqsızlıq olar”

Tarix Muzeyinin əməkdaşı Ayəndə Dadaşova  Facebookda siyasətçilərdən daha çox Fazil Mustafanı izlədiyini bildirib:

“Bu siyasətçinin deputatlıq fəaliyyətindən çox, tarixi, cəmiyyətin ayrı-aryı problemləri ilə bağlı təhlilləri diqətimi çəkir”.
A.Dadaşova bildirib ki, sosial şəbəkədə aktivlər sırasında Qənirə Paşayevanın adını çəkməsək haqsızlıq olar.

 

“Hafiz müəllim demək olar ki, bütün mövzularda həssasdır”

ADNSU tələbəsi Fərid İsmayılov sosial mediada ən aktiv siyasətçi kimi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi qeyd edib:

“Hafiz müəllim demək olar ki, bütün mövzularda həssasdır. Ən diqqətimi çəkən isə açıq-aydın fikirlərini qeyd etməsidir. O, sanki partiyaların bir nəzarət-təşviq komitəsidir”.

Ülviyyə İbrahimli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”