Əfsanəvi pilotu öldü

18:47 21-05-2019 | icon 499 | İdman
Əfsanəvi pilotu öldü

Avstriyalı avtopilot, üçqat “Formula-1” çempionu Niki Lauda 71 yaşında vəfat edib.

 

Versus.Az xəbər verir ki, bu barədə “The Guardian” keçmiş idmançının qohumlarına istinadən məlumat yayıb.

Laudaya bundan səkkiz ay əvvəl ağciyər transplantasiyası olunub.

 

Lauda ailəsinin istəyinə qarşı gedərək sürətli avtomobil yarışlarının iştirakçısı olub. “Formula-2” yarışlarından “Març” komandasında özünə yer qazanmaq üçün 1971-ci ildə bankdan kredit götürüb. Sonradan “Formula-1”də çıxış etməyə başlayıb. 1975, 1977 və 1984-cü illərdə çempion olub.

1976-cı ildə Almaniya Qran-Prisində ağır qəza keçirib. Onun bolidi yanıb və Laudanı çətinliklə də olsa, avtomobildən çıxarıblar. O, ciddi yanıq xəsarətləri alıb və ağciyərləri zədələnib.

Həkimlər onun sağ qalacağına inanmayıb. Ancaq altı həftədən sonra artıq o sağalaraq İtaliya Qran-Prisində iştirak edib.

Karyerası ərzində iştirak etdiyi 171 yarışdan 25-də qalib gəlib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı