"Mirşahinin də cavab haqqı var"

16:59 13-03-2018 | icon 658 | Gündəm
"Mirşahinin də cavab haqqı var"

"Qoy əks tərəf də anlasın ki, nə tökərsən aşına, o da çıxar qaşığına"

"Azərbaycanımızın efir məkanına yenicə ayaq basan "Real tv"-nin rəhbəri, tanınmış telejurnalist Mirşahin Ağayevin məlum statusuna "qalmaqallı" adını qoyub sərt şəkildə reaksiya vermək, etirazlar bildirmək nə dərəcədə düzgündür? Sabiq deputatlardan biri özünə ağıllı, müdrik insan görkəmi verib Mirşahini sərt şəkildə tənqid edir, amma öz keçmişini unudur".

Bunu Versus.az- məlum statusla bağlı açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib:

"Yaxud, bir təhsil eksperti də psixoloq libasına bürünüb Mirşahinin son dövrlərdəki psixoloji portretini cızır və onda şizofreniyanın əlamətlərini axtarır. Bu nə deməkdir, bəylər? Sizin demokratlığınızın mahiyyəti nədən bu dərəcədə ziddiyətlidir? Mirşahini sosial şəbəkə üzərindən çox açıq şəkildə və rüsvayçı tərzdə təhqir ediblər. Bəs sizin ifrat tolerant məntiqinizlə Mirşahin nə etməliydi? Susmalıydımı, yoxsa, "əcəb eləyirsiz, söyün" deyib, onlara təşəkkürmü etməliydi? Bəyəm Mirşahinin yerində siz olsaydınız Orduxan Teymurxan və tərəfdarlarının ünvanınıza yağış kimi yağdırdığı söyüşlərə biganəmi qalacaqdınız? Yoxsa, "bəylər, xahiş edirəm məni söyməyin" deyib xaraktersiz ingilis centlmenləri kimi məmnun halda ortalardamı dolaşacaqdınız?"

Əlisahib Hüseynovun fikrincə, hər bir kəs kimi Mirşahinin də söz haqqı, cavab haqqı, özünümüdafiə haqqı var. Və o da məhz bu haqqından istifadə edib:

"Necə deyərlər, söyüşə söyüşlə cavab verib. Söyüşdən başqa heç bir siyasi mübarizə metodlarını qəbul etməyən kəslərə sivil siyasət üslubunda cavab verməyin heç yeri yoxdur. Mirşahinin cavabı adekvatdır. Qoy əks tərəf də anlasın ki, nə tökərsən aşına, o da çıxar qaşığına. Odur ki, gəlin Mirşahin bəyi məlum statusuna görə linç etməyək".

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin