“Asiya nəhəngləri” üçün Cənubi Qafqazda əsas önəm kəsb edən ölkə Azərbaycandır”

19:12 21-05-2019 | icon 510 | İqtisadiyyat
“Asiya nəhəngləri” üçün Cənubi Qafqazda əsas önəm kəsb edən ölkə Azərbaycandır”

Mayın sonunda Çinin xarici işlər nazirinin Ermənistana səfəri gözlənilir. Səfər əsnasında müzakirə ediləcək əsas məsələlərdən biri Çinin Ermənistana investisiya yatırımı ilə bağlıdır.

 

Maraqlıdır, ölü iqtisadiyyata malik olan, təbii resurslardan məhrum olan Ermənistan Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələr üçün cəlbedici ola bilərmi?

 

Versus.Az xəbər verir ki,  iqtisadçı alim Vüqar Bayramov Asiya ölkələrinin Cənubi Qafqazda diqqət yetirdikləri əsas dövlətin Azərbaycan olduğunu qeyd etdi:

“Ötən həfdə Pekində Çin prezidentinin təşəbbüsü ilə “Asiya sivilizasiyalararası dialoq” konfransı keçirildi. Həmin konfransda mən də iştirak edirdim. Konfransa bir neçə ölkənin nümayəndələri, eləcə də Ermənistanın baş naziri Paşinyan da qatılmışı. Paşinyan çıxışında “bir kəmər bir yol” layihəsinə Ermənistanın qatılmaq istədiyini bildirdi. Ermənistan Çindən investisiyalar cəlb etmək istəyir. Çünki Avropa üçün Ermənistan o qədər də maraqlı deyil. Buna səbəb bazarın kiçikliyi, alıcılıq qabiliyyətinin aşağı səviyyədə olmasıdır. Bu gün Çin də daxil olmaqla, Asiya ölkələri üçün Cənubi Qafqazda əsas tərəfdaş Azərbaycandır. Çinin Cənubi Qafqazla ticarətinin 45%-dən çoxu Azərbaycanın payına düşür.

Azərbaycan prezidentinin Çinə səfəri zamanı 840 milyon dollara yaxın 10 anlaşma imzalandı. Yaxın aylarda Çindən yeni investisiyaların cəlb edilməsi deməkdir. Bu baxımdan düşünmürəm ki, Ermənistan Çin və digər Asiya ölkələri üçün cəlbedici olsun. Ermənistan bazarının kiçikliyini, alıcılıq qabiliyyətinin aşağı olduunu və s. nəzər alsaq, aydın olar ki, Çindən Ermənistana ciddi bir investiya gəlməyəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı