Fikrət Qoca: "Şeir yazmaq əvəzinə bizi ittiham edirlər”

19:36 21-05-2019 | icon 946 | Ədəbiyyat
Fikrət Qoca: "Şeir yazmaq əvəzinə bizi ittiham edirlər”

Şair Salam Sarvanın müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin ünvanına ittihamlar səsləndirməsi qalmaqala səbəb olub. S.Sarvan müsahibəsi zamanı bildirib ki, qurum dövlətin ədəbiyyat naminə ayırdığı pulu havaya sovurur. 

 
 
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca Moderator.az-a açıqlamasında deyib ki, bizi həmişə ittiham edib sonra da gəlib üzr istəyirlər:
 
“Azərbaycan Yazıçılar Birliyini ittiham edənlərin  hamısı nə gəldi danışırlar, bunların məsuliyyət hissi yoxdur. Yalan danışıb sonra gəlib üzr istəyirlər, yalvarırlar. Allah cəzaların verəcək. Yalan danışmaqdan böyük cəza yoxdur. Buna mən neyləyə bilərəm ki? Pul məsələsi elə şeydir ki, prezident tərəfindən ayrılır və köçürmə yoluyla aidiyyatı olan sahələrə yönəldilir. Qoy bizi ittiham eləsinlər. Bunların ayrı məşğuliyyəti yoxdur. Şeir yazmaq əvəzinə bizi ittiham edirlər”
 
 
S.Sarvan isə müsahibəsində bu fikirləri səsləndirib: 
 
“İnsafsızlıqdır, dövlətin ədəbiyyat naminə xoş niyyətlə ayırdığı pulu havaya sovururlar, ehtiyacı olmayanların cibinə basırlar, ətraflarına xərcləyirlər. Ədəbiyyatın inkişafı naminə heç nə eləmirlər. Mən AYB-nin üzvü deyiləm, ancaq indi xərclədikləri pulun içində mənim də maaşımdan, qonararımdan verdiyim verginin məbləği var. Düzdü, Azərbaycan Yazıçılar Birliyi uzun illərdir, ədəbi fəaliyyətlə yox, bank fəaliyyətilə, bankçılıqla məşğuldur. O boyda təşkilatın işi-gücü ancaq ildə bir dəfə təqaüd siyahısı hazırlayıb maliyyə qurumlarına təqdim etməkdən, dövlətin xoş niyyətlə ayırdığı pulu şübhəli formalarda yerbəyer eləməkdən, əmlakı kafe kimi icarəyə verməkdən ibarətdir...”
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR