"100. İl Qəhrəmanlar abidəsi"nin açılışı olub

17:54 13-03-2018 | icon 1144 | Siyasət
"100. İl Qəhrəmanlar abidəsi"nin açılışı olub

Millət vəkili Türk dünyasına birlik və Qarabağ çağırışı edib

Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda Azərbaycan Bulvarı, Heydər Əliyev parkında "100. İl Qəhrəmanlar abidəsi"nin açılışı olub.

Versus.az-ın məlumatına görə, Ərzurum Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eko Avrasya Dərnəyi  və  Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin ortaq həyata keçirdiyi layihə və tədbirdə Ak Parti Ərzurum millət vəkilləri  İbrahim Aydemir və Mustafa İlicalı, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Ərzurum bələdiyyəsi və valiliyinin rəsmi şəxsləri, AK Parti İl başqanı Mehmet Emin Öz, TDED Ərzurum şöbə başqanı Murat Ertaş, Eko Avrasya Dərnəyi başqanı Hikmet Eren, Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, ziyalılar, QHT rəhbərləri və çox sayda vətəndaş iştirak edib. Ərzurum millət vəkilləri İbrahim Aydemir və Mustafa İlicalı bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin hər zaman birlikdə olacaqlarını çıxışlarında  xüsusi vurğulayıblar.

Bütün Müsəlman dünyasında ilk Cümhuriyyətin Azərbaycanda qurulmasından, Azərbaycanın qadınlara seçmək və seçilmək haqqını  verən ilk dövlətlərdən biri, müsəlman şərqində ilk dövlət olmasından olmasından danışan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva bu bizim qürur tariximizdir deyib və cümhuriyyət qurucuları, onların fədakarlıqlarından geniş danışıb:

“Harada doğulub harada yaşamasından asılı olmayaraq Türk gənclərini onları daha geniş öyrənməyə çağırıram”.
Erməni çətələrinin 100 il əvvəl Ərzurumda və Azərbaycan torpqlarında törətdiyi dəhşətli cinayətlərdən, 20-ci əsrin sonlarında Ermənistann işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalism aktlarından xüsusi danışan millət vəkili gəncləri bunları unutmamağa çağırıb. “"Qəhrəmanlar abidəsi" Türk millətinin 4 böyük qəhrəmanına Nuri Paşayava, Mürsəl Bakü Paşaya, Kazım Karabekir Paşaya və Gəncəli Seyidova qoyulub” deyən Q.Paşayeva hər bir qəhrəmanın həyat və qəhrəmanlıq yolu ilə bağlı xüsusi danışıb və gəncləri onları yaxından öyrənməyə, tanımağa, örnək götürməyə çağırıb. Millət vəkili erməni çətələrinin 100 il əvvəl arxasındakı bəzi güclərin dəsətəyi ilə Ərzurumda törətdiyi soyqırımlar, qətliamlar barədə danışıb:

“Amma dədə-nənələrimiz böyük bir qəhrəmanlıq mübarizəsi apararaq onlara gərəkən cavabı verdi və Ərzurumun düşmən işğalından qurtuluşunun 100-cü ildönümündə biz onları rəhmət və sevgi ilə anırıq”.

Erməni çətələrinin 20-ci əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində törətdiyi soyqırımlar, 20-ci əsrin sonunda işğalçı Ermənistanlın arxasında duran güclərdən cəsarət alaraq Azərbaycana qarşıə törətdiyi vandalizm aktları ilə bağlı geniş danışan Q.Paşayeva harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının bunları bilməli, unutmamalı, dünyaya daha geniş duyurmalı olduğunu vurğulayıb:

“Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”.

Q.Paşayeva vurğulayıb ki, bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir:

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri, Qarsdakı Baş Konsulu Nuru Quliyev, TDED Ərzurum şöbə başqanı Murat Ertaş, Eko Avrasya Dərnəyi başqanı Hikmet Eren, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin  sədri Arzu Bağırova,  Dünya Azərbaycanlıları Konqresindən Asif Qurban, Azərbaycan-Türkiyə qardaşlığının dünəni,  bu günü və gələcəyə baxışla bağlı çıxış ediblər. Azərbaycanın Əməkdar Artisti Lalə Məmmədova isə açılışda milli duyğulu əsərləri səsləndirib.

"100.İl Qəhrəmanlar abidəsi" yerli sakinlər və qonaqlar tərəfindən maraqla qarşılanıb. Abidənin lentinin kəsilməsindən sonra millət vəkili Q.Paşayeva yerli KİV-in suallarını cavablandırıb, QHT-lər və yerli sakinlərlə görüşüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol