Azərbaycanlı gənc Londonda dünyanın ən yaxşı natiqi seçilib

08:17 22-05-2019 | icon 426 | Mədəniyyət
Azərbaycanlı gənc Londonda dünyanın ən yaxşı natiqi seçilib

Londonda 39-cu dünyanın ən böyük natiqlik yarışması baş tutub.

 

Versus.Az xəbər verir ki, yarışmada 54 ölkədən olan ən yaxşı gənc natiqləri yarışıblar.

Azərbaycanı yarışmada “Azerbaijan Public Speaking Competition” (APSC) yarışmasının qalibi Adil Qafarlı təmsil edib.

 

“Azerbaijan Public Speaking Competition: Junior League” layihəsi 10 özəl və dövlət məktəbi və 11 universitetdən olan 108 gəncin iştirakı ilə baş tutub. Layihənin ən yaxşı gənc natiqi seçilən Adil layihənin növbəti addımı olaraq Londonda keçirilən Beynəlxalq Natiqlik Yarışmasında iştirak edib. Adil “Lies that tell the truth” başlığı ilə çıxış edib. Adilin çıxışı auditoriya və jüri heyəti tərəfindən yüksək qiymətləndirilərək “The Best Impromptu Prepared Speech” fərqlənmə diplomuna layiq görülüb.

 

1980-ci ildə başlayan yarışma bu gün dünya üzrə 54 ölkədən olan 1.000.000 gənci əhatə edir. Yarışmanın əsas təşkilatçısı Britaniyanın “The English-Speaking Union” təşkilatı Azərbaycanda “Azerbaijan Public Speaking Competition” ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində APSC-nin qalibi olan gənc natiqləri Azərbaycanı beynəlxalq arenada təmsil etmək üçün hər il Londona səyahət edirlər.

 

APSC Azərbaycanda natiqləri, liderləri yetişdirən bir platformadır. APSC müxtəlif yaş qrupları üzrə hər il natiqlik, liderlik, ünsiyyət kimi yumuşaq bacarıqları inkişaf etdirən təlimlər, kurslar, yarışmalar, kamplar və yay məktəbləri təşkil edir. Platforma Britaniyanın “The English Speaking Union” və Amerikanın “Public Speakers Association” təşkilatları ilə əməkdaşlıq edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu