Azərbaycanda ilk dəfə istehsal olunan alkoqolsuz şərab Çexiyaya ixrac olunacaq

08:22 22-05-2019 | icon 518 | İqtisadiyyat
Azərbaycanda ilk dəfə istehsal olunan alkoqolsuz şərab Çexiyaya ixrac olunacaq

Azərbaycan tarixində ilk dəfə olaraq alkoqolsuz şərab istehsalına başlayıb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Az-Granata" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal üzrə direktor müavini Vüqar Mikayılov deyib.

 

Onun sözlərinə görə, şirkət bir aydır ki, alkoqolsuz şərab istehsal edir:

"Belə ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır. Şərab "Rubai 0%" adı ilə istehsal edilərək satışa buraxılıb. Şərab əsasən ixrac üçün nəzərdə tutulub. Artıq bu məhsul Çexiyaya ixrac edilir. Yaxın günlərdə "Az-Qranata" həmin məhsulu Ukraynaya da ixrac edəcək. Şərabın bir-neçə ölkəyə ixrac edilməsi planlaşdırılır".

 

V.Mikayılov qeyd edib ki, alkoqolsuz şərab xərçəng xəstəliyinin yaranma riskini azaldır, artıq çəkidən azad edir.

 

"Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavanoillər və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır. Həmçinin bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin