Bu şagirdlər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə qəbul ola biləcəklər

15:09 22-05-2019 | icon 423 | Təhsil
Bu şagirdlər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə qəbul ola biləcəklər

Azərbaycanda beynəlxalq və respublika fənn olimpiadasının qalibləri 11-ci sinfi bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün tələbə qəbulunda müsabiqədənkənar qəbul oluna biləcəklər.

 

Versus.Az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda öz əksini tapıb.

Qaydaya əsasən, Azərbaycanda beynəlxalq və respublika fənn olimpiadasının qaliblərinə tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qaliblərinə isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ verilib.

 

Bu qaydaya əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin şəxslərin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə yerləşdirilməsidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin