"Hər şeydən əvvəl o, bir azərbaycanlıdır, bizim soydaşımızdır"

17:27 22-05-2019 | icon 574 | KİV
"Hər şeydən əvvəl o, bir azərbaycanlıdır, bizim soydaşımızdır"

Son günlər Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasovun ətrafinda baş verənlər yerli mətbuatın və sosial şəbəkə izləyicilərinin əsas müzakirələrindən birinə çevrilib. Qeyd edək ki, Fuad Abbasov hazırda deportasiya edilmək üçün Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

 

Versus.Az Azadiform-a istinadən xəbər verir ki, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Fuad Abbasovun fəaliyyəti ilə bağlı fikirlərin birmənalı olmadığını deyib:

 

“Cəmiyyətdə istənilən hadisə barədə fikirlər çoxqütblü olur. F.Abbasovu dəstəkləyənlər də var, dəstəkləməyənlər də. Zaman-zaman da onun fəaliyyəti ilə bağlı həm pozitiv, həm də neqativ məlumatlar yayılıb. Amma görünən odur ki, çıxışlarında Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Amma onun burada hansısa qeyri-adi, qapalı bir maraqları varmı, yoxmu – hələ bunu bilmirik. Fakt odur ki, Rusiya televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edir”.

 

M. Ələsgərli qeyd edib ki, istənilən ölkədə insanın, hətta həbs olunsa belə, işgəncəyə məruz qalmamaq hüququ var:

“Fuad Abbasov bir insan kimi qeyri-qanuni işgəncəyə məruz qalıb. Çünki onu saxlayanlar hüquq-mühafizə orqanlarıdır. Ümumiyyətlə, hüquq-mühafizə orqanlarının qanunvericiliklə insana yaxınlaşmasının prosedurları var. O, yaxınlaşaraq insanın günahını elan etməlidir. Əgər saxlamaq lazımdırsa, onu istintaqa götürməlidir. Amma burada hiss olunur ki, Fuada qarşı ciddi zorakılıq tətbiq olunur. O alçaldıcı hallara, zorakılığa əsas verən nədir? Bax, biz bunu görmürük. Halbuki o, qanundan qaçmır, yayınmır. Əgər günahı varsa, tuta bilərlər. Lakin onu niyə işgəncəyə məruz qoymalıdırlar? Problem də elə buradadır. Əgər Fuad Abbasov bir insan olaraq zorakılığa məruz qalıbsa, biz onu müdafiə etməliyik. Hər şeydən əvvəl o, bir azərbaycanlıdır, bizim soydaşımızdır”.

 

Müşfiq Ələsgərli onu da vurğulayıb ki, Fuad Abbasovla bağlı məsələ Moskvada soydaşlarımıza qarşı baş vermiş birinci hadisə deyil:

“Orada yaşayan və qəhrəmanlıq göstərən soydaşlarımız olub. Amma Azərbaycanın xeyrinə olan informasiyaları ordakı televiziyalar göstərməz. Bu cür hallarda isə millətin adı kimi təqdim edirlər. Bu baxımdan, hesab edirəm ki, biz onun müdafiəsinə qalxmalıyıq, səsimizi ucaltmalıyıq. Əvvəla, Fuad Abbasov bir insan olaraq zorakılıqla üzləşməməlidir, ikincisi isə soydaşımız kimi təhqirə məruz qalmamalıdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin