“Həyat gözəldir” - musiqili-ədəbi gecə

00:35 24-05-2019 | icon 816 | Mədəniyyət
“Həyat gözəldir” - musiqili-ədəbi gecə

Mayın 22-də Azərbaycan Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub.

 

Versus.Az xəbər verir ki, ədəbi gecə Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və "Söz" ədəbi layihəsi Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Əlil Təşkilatları İttifaqı və “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyinin iştirakı ilə "Həyat gözəldir" adlı musiqili-ədəbi gecə layihəsi çərçivəsində reallaşıb.

 

Əvvəlcə tədbir iştirakçıları foyedə fiziki məhdudiyyətli əlillərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək bildirib ki, bu tədbir qeyri-adi olacaq, çünki onun qəhrəmanları fiziki məhdudiyyətli və istedadlı insanlardır:

 

"Biz bu insanların-musiqiçi, müğənni, rəssam, tətbiqi sənət ustası və yazıçıların hərtərəfli istedadlarını ictimaiyyətə göstərmək istəyirik. Onlar özlərini ifadə etməyə layiq olan işıqlı, parlaq şəxsiyyətlərdir. Ümid edirik ki, “Söz” layihəsi ilə bu istiqamətdə birgə fəaliyyətimiz onların taleyində həlledici rol oynayacaq”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə qeyd edib ki, “Həyat gözəldir” musiqili-ədəbi gecə potensial xeyriyyəçilərin diqqətini cəlb etmək məqsədilə əlilliyi olan insanlar da daxil olmaqla gənc müəlliflərin yaradıcı təşəbbüslərinin dəstəklənməsi üçün nəzərdə tutulub.

Diqqətə çatdırıb ki, musiqili-ədəbi gecə Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi tərəfindən təşkil olunan bu yönümdə növbəti, ənənəvi tədbirdir. “Söz” ədəbi layihəsinin məqsədi şeir və nəsrin populyarlaşdırılması, həmçinin ədəbiyyat sahəsində gənc istedadlara dəstək olmaqdır.

Tədbirdə həyata keçiriləcək yeni layihələr elan edilib, eləcə də iştirakçıların hazırladıqları rəngkarlıq, qrafik və dekorativ-tətbiqi işlər sərgidə təqdim olunub.

Proqramın əsas hissəsini vokal və instrumental nömrələrdən ibarət konsert və layihə iştirakçılarının poetik əsərlərinin qiraəti təşkil edib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı